Vəziyyətdən xəbərdar olan mənbənin "Çempionat"a verdiyi məlumata görə, "Qalatasaray" yarımmüdafiəçi Aleksey Batrakov üçün "Lokomotiv"ə təklifini yaxşılaşdırıb.
İdman.Biz bildirir ki, Türkiyə klubu beş il müddətinə ildə 5 milyon avro olmaqla 25 milyon avro təklif edib.
Daha əvvəl Yağız Sabuncuoğlu "Qalatasaray"ın artıq Batrakovla şəxsi müqavilə bağladığını bildirmişdi. Aleksey "Lokomotiv" akademiyasının məzunudur. Bu mövsüm yarımmüdafiəçi klubda dörd oyun keçirib və bir məhsuldar ötürmə edib.
Transfermarkt rusiyalı futbolçunun bazar dəyərini 28 milyon avro olaraq qiymətləndirir.