"Liverpul" futbol klubunun majoritar səhmdarı olan "Fenway Sports Group" (FSG), klubun minoritar payını "Amazon"un təsisçisi Jeff Bezos və iş adamı Amit Bhatia tərəfindən idarə olunan konsorsium olan "1892 Holdings"ə satmaq üçün razılaşmanın əldə olunduğunu elan edib.
İdman.Biz bildirir ki, mersisaydlılar satış barədə rəsmi saytında məlumat veriblər.
"Strateji investisiya, qlobal biznes, texnologiya və investisiya sahəsindəki mütəxəssisləri bir araya gətirərək "Liverpul" Futbol Klubunun uzunmüddətli böyümə ambisiyalarını dəstəkləyir.
Konsorsium tərəfdaşları FSG və klub rəhbərliyi ilə birlikdə həm meydanda, həm də meydandan kənarda klubun məqsədlərinə çatmaq üçün imkanları qiymətləndirəcəklər. FSG "Liverpul" Futbol Klubunun əksər payını və əməliyyat nəzarətini özündə saxlayır", - deyə açıqlamada bildirilir.