top
Asxab Kalayev: Vətən müharibəsi xatirələri idmana qayıtmağıma mane oldu Sport24.az
27 sentyabr 2025, 13:30
- +

Asxab Kalayev: Vətən müharibəsi xatirələri idmana qayıtmağıma mane oldu

Azərbaycan çempionu adını dəfələrlə qazanmış ağır atlet Asxab Kalayev 44 günlük Vətən müharibəsi ilə bağlı xatirələrini bölüşüb.

Hazırda o, "Neftçi İdman Klubu" İctimai Birliyində ağır atletika üzrə baş məşqçi, həmçinin Azərbaycan Deflimpiya Komitəsinin beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiridir. Müharibə dövründə isə artilleriya komandiri olu Sport24.az Asxab Kalayevin İdman.biz-ə müsahibəsini təqdim edir.

 

– Vətən müharibəsində iştirakınız necə baş verdi?

– Müharibə başlayanda mən Tərtər rayonunda artilleriya qoşunlarında xidmət edirdim. Demək olar ki, ilk dəqiqələrdən döyüşlərə qoşuldum. Mən artilleriya komandiri idim.

 

– Müharibə sizin üçün nə vaxt başa çatdı?

– Paşinyan kapitulyasiya aktına imza atanda. O günü heç vaxt unutmayacağam. Həmin an yaşadığımız sevinci, hissləri sözlə ifadə etmək mümkün deyil – bunu yalnız yaşamaq lazımdır. Biz əvvəlcə Suqovuşandan, sonra Ağdərədən keçib Murovdağa tərəf irəlilədik. Qələbə xəbərini də orada eşitdik.

 

– Beş il keçdikdən sonra yaddaşınızda hansı anlar daha çox iz buraxıb?

– Təəssüf ki, müharibə təkcə qürur və sevinc dolu anlardan ibarət deyil. Mənimlə çiyin-çiyinə döyüşən şəhidlərimizi heç vaxt unuda bilmərəm. Məhz bu xatirələr səbəbindən idmana qayıtmağım çox vaxt aldı. Halbuki müharibəyə qədər həm gənclər, həm də böyüklər arasında dəfələrlə Azərbaycan çempionu və kubok qalibi olmuşdum.

 

– Ola bilərdi ki, məşqlər sizə bu xatirələrdən qurtulmaqda kömək etsin…

– Bilirsiniz, bədən yaraları vaxt keçdikcə sağalır, amma ruh yaraları heç vaxt. Mən təxminən dörd il məşqlərə qayıda bilmədim – daxili boşluq hiss edirdim, heç bir motivasiyam yox idi. Yalnız bu ilin əvvəlində federasiyanın yeni rəhbərliyi ilə söhbətdən sonra yenidən məşqlərə başladım.

 

– Qarşıdakı planlarınız nələrdir?

– Noyabrda keçiriləcək Azərbaycan kubokunda iştirak etməyi düşünürəm. Siz zəng edəndə məşqi təzə bitirmişdim.

 

– Sizi bu məqsəddən nə dayandıra bilər? Ümid edirik ki, ağır atletikamızın əsas problemlərindən biri – dopinq deyil…

– Əlbəttə ki, yox (gülür)! Amma karyeram boyu bu problemi çox gördüm. Bəziləri dopinq qəbul edirdi, amma cəzanı bütün komanda çəkirdi. Bu, çox ədalətsiz idi. Mənim kimi heç vaxt qadağan olunmuş preparatlardan istifadə etməyən idmançılar da Avropa və dünya çempionatları kimi ən önəmli yarışlardan kənarda qalırdı. Şükürlər olsun ki, indi yeni rəhbərlik dövründə dopinq məsələsi kökündən aradan qaldırılır. AMADA da (Antidopinq Agentliyi) bizi mütəmadi olaraq yoxlayır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:55

Türkiyə Superliqası: Qalatasaray debütant Arca Çorumu məğlub edə bilməyib

Futbol
Bu gün, 00:32

Dastan Satpayev 2026/2027 mövsümünü “Börnli”də keçirəcək

Futbol
Bu gün, 00:10

Kilian Mbappe: „Əminəm ki, bu mövsüm titul qazanmağa qayıdacağıq“

Futbol
Dünən, 23:49

"Liverpul"un səhmlərinin bir hissəsi "1892 Holdings"ə satılıb

Futbol
Dünən, 23:32

Qalatasaray Aleksey Batrakov üçün 25 milyon avro təklif edib

Futbol
Dünən, 23:15

Əliyar Ağayev "Rakuv" - "Hayduk" oyununa təyinat alıb

Güləş
Dünən, 23:00

Süleyman İsmayılzadə Avropa Çempionatında 17-ci olub

Futbol
Dünən, 22:54

"Səbail" Türkiyədə ilk yoxlama oyununda qələbə qazandı

Futbol
Dünən, 22:45

Kaxaber Tsxadadze “Qəbələ”də böyük potensial görüb

Minifutbol
Dünən, 22:39

Səbail Boluda ilk yoxlama oyununu qələbə ilə başa vurdu

Futbol
Dünən, 22:29

İmad Farac “Neftçi”dən “Esperans”a keçdi

Futbol
Dünən, 22:13

De Yonq: “Çempionlar Liqası bizim üçün xüsusi bir bənddir”

Futbol
Dünən, 22:07

Neftçi futbolçusu İmad Farac Tunisin Esperans klubuna keçdi

Futbol
Dünən, 21:55

Atletiko Marseldə “Monako”ya qalib olub

Cüdo
Dünən, 21:41

Azərbaycanlı paracüdoçu Avropa çempionatında bürünc medal qazanıb

Futbol
Dünən, 21:14

Mançester Siti "Barselona"nın təkliflərindən məyus olub

Futbol
Dünən, 20:57

"Çelsi" Enzo Fernandes üçün yazılı təklifalmadı

Futbol
Dünən, 20:41

Şaxtyor Çempionlar Liqası oyunlarını Stemford Bridcдə keçirmək istəyir

Futbol
Dünən, 20:33

Turan Tovuz Qəbələni məğlub edib

Futbol
Dünən, 20:24

Mikel Arteta: Xosep Qvardiola - futbol tarixinin ən yaxşı məşqçisidir

Futbol
Dünən, 20:07

Milan 7 oyunçusu ilə yollarını ayırmaq niyyətindədir

Futbol
Dünən, 19:58

Qalatasaray forvardı icarəyə verilib

Digər
Dünən, 19:51

Ronaldu və Corcina nikah müqaviləsini imzalayıblar

Futbol
Dünən, 19:28

Premyer Liqa, La Liqa və Bundesliqa yayımlarına start verilib

Oxşar xəbərlər