Komanda yarışında Olimpiya çempionu, amerikalı fiqurlu konkisürən İlya Malinin 2026-cı il dünya çempionatının qalibi olub.
İdman.Biz bildirir ki, o, iki proqramı üçün hakimlərdən ümumilikdə 329.40 xal toplayaraq üçqat dünya çempionu olub.
Yaponiyalı Yuma Kagiyama 306.67 xalla gümüş medal qazanıb. Digər yapon konkisürən Şun Sato 288.54 xalla üçüncü yeri tutub.
Fiqurlu konkisürmə. Dünya Çempionatı. Kişilər. Yekun nəticələr:
1. İlya Malinin (ABŞ) — 329.40 xal.
2. Yuma Kagiyama (Yaponiya) — 306.67 xal.
3. Şun Sato (Yaponiya) — 288.54 xal.
4. Stiven Qoqolev (Kanada) — 281.04 xal.
5. Adam Xiao Him Fa (Fransa) - 271.56.
6. Aleksandr Selevko (Estoniya) - 270.42.