top
AGF Trophydə Azərbaycan Gimnastlarının Medal Uğuru - FOTO Idman.biz
16 may 2026, 21:42
- +

"AGF Trophy"də Azərbaycan Gimnastlarının Medal Uğuru - FOTO

14–16 may tarixlərində Milli Gimnastika Arenası idman gimnastları arasında maraqlı mübarizəyə ev sahibliyi edib.

İdman.Biz bildirir ki, 5 ölkədən 50-yə yaxın gimnastın iştirak etdiyi "AGF Trophy" turnirində həm qadınlar, həm də kişilər birincilik uğrunda mübarizə aparıblar. Gimnastlar gənclər və böyüklər yaş kateqoriyalarında çıxış ediblər.

Ölkəmizi bu turnirdə qadınlar arasında böyüklər yaş kateqoriyasında Nazənin Teymurova, Dəniz Əliyeva, Aytən Məmmədova və Xədicə Abbaszadə, gənclər arasında Albina Əliyeva, Leyla Məmmədzadə, Aynaz Məcidzadə və Lalə Zamanlı, kişilər arasında isə böyüklər yaş kateqoriyasında Rəsul Əhmədzadə, Aydın Əlizadə və Nikita Simonov, gənclər arasında isə Miryusif Əhmədzadə, İlham Salayev, Mahir Səlimov, İsgəndər Cavadzadə və Məhəmməd Rüstəmzadə təmsil ediblər.

Turnirin ilk günündə gənclər yaş kateqoriyası üzrə gimnastlar komanda hesabı və çoxnövçülük proqramı üzrə mükafatlandırılıblar.

Həm qadın, həm də kişi gimnastlarımız komanda hesabında bürünc medal qazanıblar. Fərdi çoxnövçülük proqramında isə qadınlar arasında Leyla Məmmədzadə bürünc medalın sahibi olub.

İkinci gündə böyüklər yaş kateqoriyasındakı gimnastlar çoxnövçülük üzrə çıxışlarını nümayiş etdiriblər. Çoxnövçülük üzrə mükafatlandırmada kişilər arasında Rəsul Əhmədzadə qızıl medal, qadınlar arasında isə Xədicə Abbaszadə bürünc medal əldə edib.

Yarışın sonuncu günü final həyəcanı ilə yadda qalıb. Gənclər və böyüklər yaş kateqoriyalarında gimnastlar ayrı-ayrı alətlər üzrə final çıxışlarını tamamlayıblar. Gimnastlarımız finalda uğur əldə ediblər.

Gənclər yaş kateqoriyasında İlham Salayev sərbəst hərəkətlər proqramında bürünc medal qazanıb. Leyla Məmmədzadə isə dayaqlı tullanmada, müxtəlif hündürlüklü qollarda və sərbəst hərəkətlər proqramında üç bürünc medala sahib olub.

Böyüklər yaş kateqoriyasında Rəsul Əhmədzadə gimnastika atı və turnikdə qızıl, Dəniz Əliyeva dayaqlı tullanmada qızıl, müxtəlif hündürlüklü qollarda gümüş, Nikita Simonov halqalarda qızıl, Nazənin Teymurova gimnastika tirində qızıl, Aydın Əlizadə isə paralel qollarda bürünc medal qazanıb.

Beləliklə, gimnastlarımız turniri ümumilikdə 16 medalla başa vurublar.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:08

PSJ “Barselona”dan Kubarsini transfer etməyə çalışır

Futbol
Bu gün, 08:00

Pol Poqba MLS və ya Səudiyyə Ərəbistanında karyerasını davam etdirə bilər

Futbol
Bu gün, 07:18

Çelsi, Mançester Yunayted və Tottenhem Nikolo Tresoldi ilə maraqlanır

Futbol
Bu gün, 05:10

Atalanta "Udineze"dən Danimarka millisinin oyunçusunu icarəyə götürüb

Futbol
Bu gün, 04:13

Fiorentina "Parma"nın forvard Mateo Pelleqrinonun transferini açıqlayıb

Futbol
Bu gün, 03:15

Markinyos dünya futbolunda ən çox titul qazanan ikinci oyunçu olub

Futbol
Bu gün, 02:11

Ferran Torres “Barselona”dan PSJ-yə keçir

Futbol
Bu gün, 01:55

Kriştianu Ronaldu evləndikdən sonra saçına rəng qoyub

Boks
Bu gün, 01:37

33 yaşlı boksçu Priçard Kolon vəfat edib

Futbol
Bu gün, 01:20

Çelsi Martin Subimendini transfer etməyə maraqlanır

Futbol
Bu gün, 00:46

Ərəb ölkələrinin futbol federasiyaları İnfantinoya dəstək veriblər

Futbol
Bu gün, 00:27

Beşiktaş UEFA Avropa Liqasının pley-off mərhələsinə yüksəlib

Qarabağ FK
Bu gün, 00:14

Elvin Cəfərquliyev: “3-4 ay asfaltda məşq etmişəm”

Futbol
Dünən, 23:55

"Srvena Zvezda" yeni baş məşqçisi təyin olunub

Futbol
Dünən, 23:40

Mahir Emrelinin klubu Konfrans Liqasının pley-off mərhələsinə yüksəlib

Qarabağ FK
Dünən, 22:56

Qarabağ Konfrans Liqasında „Tvente“ ilə qarşılaşır

Qarabağ FK
Dünən, 22:49

Qurban Qurbanov: „Bakıda "Dinamo Kiyev"ə azarkeşlik edənlər çoxdur"

Qarabağ FK
Dünən, 22:34

İqor Kostyuk: „Bəxtimiz gətirmədi, fürsətlərdən istifadə edə bilmədik”

Futbol
Dünən, 22:19

Zion Suzukinin “Yuventus”a transferi

Futbol
Dünən, 21:40

Tomas Zanetti “İnter” ilə peşəkar müqavilə imzalayıb

Futbol
Dünən, 21:26

Abdul Uattara “İpsviç”ə keçəcək

Futbol
Dünən, 21:25

Abdul Uattara “İpsviç”ə keçir

Futbol
Dünən, 21:23

Abdul Uattara “İpsviç”ə keçir

Futbol
Dünən, 21:07

„Sumqayıt“ futbolcusu Ronaldo Vaskezlə müqavilənin müddətini uzadıb

Oxşar xəbərlər