top
Oktay Rüstəmli: Bundan sonra Uypestlə Bakıda oynayacağıq Idman.biz
Bu gün, 15:25
- ↺ +

Oktay Rüstəmli: Bundan sonra Uypestlə Bakıda oynayacağıq

"Araz-Naxçıvan"ın futzalçısı Oktay Rüstəmli UEFA Çempionlar Liqasının əsas mərhələsində "Uypest"lə matçda het-trik etməsi və "Buba Mara" ilə qarşılaşmada qol vurmasına baxmayaraq, komandasının məğlub olması barədə danışıb.

İdman.Biz xəbər verir ki, hücumçu bu barədə Azərbaycan Futzal Federasiyasına açıqlamasında bildirib.

O.Rüstəmli Macarıstan təmsilçisi "Uypest"lə görüşün çətin keçdiyini, lakin komandasının qol imkanlarından səmərəli istifadə edərək qələbə qazandığını söyləyib:

"Uypest"lə oyun kifayət qədər maraqlı keçdi. Həm atmosfer, həm də komandaların nümayiş etdirdiyi oyun baxımından bunu deyirəm. Üstün tərəf biz idik, yaratdığımız qol epizodlarının da əksəriyyətini realizə etdik və yekunda qələbə qazandıq. Hesab da göstərir ki, Macarıstan çempionu ilə görüşümüz kifayət qədər çətin, gərgin keçdi.

Həmin matçda het-trik etdim və UEFA bayrağı altında keçirilən oyunda bunu aktivinə yazdırmağı hər bir futzalçıya arzulayıram. Düzdür, vacib olan komandanın uğur qazanmağıdır, vurduğum qollar da bunu əldə etməyimizə çox kömək oldu. Het-triki komanda yoldaşım da etsəydi, özüm qədər sevinərdim".

Hücumçu "Buba Mara"ya məğlubiyyətdən təəssüfləndiyini bildirib və rəqibin qələbəni daha yaxşı dəyərləndirdiyi qol imkanları sayəsində qazandığını vurğulayıb:

"Buba Mara"ya məğlubiyyətə gəldikdə, "Uypest"lə matçdakından daha çox qol epizodu yaratmışdıq, təəssüf ki, cəmi 3-nü reallaşdıra bildik. Halbuki daha çox qol vurmalı idik. Rəqib bizdən üstün deyildi, sadəcə onlar imkanlarını düzgün qiymətləndirdilər. Qol vursam da, qələbə qazana bilmədiyimizə görə məyus oldum".

O.Rüstəmli qrupdan növbəti mərhələyə yüksəlmək şanslarının davam etdiyini və son turun gərgin keçəcəyini qeyd edib:

"Şanslar davam edir. Turnir cədvəlinə baxsaq, hər bir komandanın lider olmaq şansının davam etdiyini görərik. Son turun oyunları bu baxımdan gərgin keçəcək. Təbii ki, çalışacağıq ki, 1/8 finala yüksələn komanda "Araz-Naxçıvan" olsun".

Qeyd edək ki, "Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının əsas mərhələsində Bosniya və Herseqovinanın "Buba Mara" klubuna 3:5 hesabı ilə məğlub olub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:20

Yuventus rəhbərliyi Spallettiyə 3 oyun şansı təklif edir

Cüdo
Bu gün, 16:19

62 ildir eyni çəkidəyəm: Asanbəylər kimi olimpiya çempionları yetişdirən məşqçi Tərlan Həsənov müsahibə verdi

Futbol
Bu gün, 16:10

Elvin Məmmədov: U-15 dünya çempionatı Azərqbaycan millisinin inkişafı üçün əla fürsətdir

Qarabağ FK
Bu gün, 16:05

Qurban Qurbanov və Futbolçular Milli Onkologiya Mərkəzi Uşaq Klinikasını Ziyarət Ediblər

Digər
Bu gün, 16:03

Fərman Həsənov: "Favorit Lebosnoyani hesab edilsə də, mən qalib gələcəyəm"

Futbol
Bu gün, 16:00

Neftçi Andrey Shutkin ilə yolları ayırmaq planlaşdırır

Tennis
Bu gün, 15:55

17 yaşlı Slovak tennisçi Mia Poqankova Tokioda Naomi Osakayı məğlub etdi

Digər
Bu gün, 15:48

Elnur Məmmədov: 'Oceanman Azərbaycan – Sea Breeze' yarışının Azərbaycanda keçirilməsi etimadın göstəricisidir

Qarabağ FK
Bu gün, 15:34

"Qarabağ"ın payı 62,3%-dir: Azərbaycan UEFA reytinqində bir klubdan asılılıq göstəricisinə görə 4-cüdir

Futbol
Bu gün, 15:26

FIFA U-15 dünya çempionatı və festivalının Bakıda təşkilatçılığını yüksək qiymətləndirir;

Futbol
Bu gün, 15:20

Antonio Cabrini: Hakan Çalhanoğlu üçün Juventus müqaviləsini uzatmaq vacibdir

Futbol
Bu gün, 15:19

Spalletti 'Yuventus' komandası da çətin vəziyyətdə: Cenoa mağlubiyyəti sonrası istefa çağırışları

Digər
Bu gün, 15:16

Azərbaycanın qadın oxatma yığması Asiya Kubokunda qızıl medal qazandı

Voleybol
Bu gün, 15:04

Polina Rəhimova: "DH Volley"i adıma və xidmətlərimə hörmət edən klub olduğu üçün seçdim, karyeramı çempionluqla başa vurmaq istəyirəm

Futbol
Bu gün, 15:00

Qalatasarayın yeni transfer hədəfi Leo Pereyra: Flamenqo 12 milyon avro tələb edir

Boks
Bu gün, 14:49

Tayson Fyuri və Entoni Coşua arasındakı ilk qarşılaşma 11 dekabrda baş tutacaq, sənədli film isə 29 noyabrda Netflix-də yayımlanacaq

Futbol
Bu gün, 14:40

Fənərbağça alman məşqçi Yulian Naqelsmannı namizəd etdi

Boks
Bu gün, 14:20

Edmond Xudoyan 10 ay sonra məğlubiyyətini siyasətə bağlayır

Cüdo
Bu gün, 13:49

Azərbaycanda adaptiv cüdo üzrə məşqçi kursu keçirildi

Qarabağ FK
Bu gün, 13:45

“Qəbələ – Qarabağ” matçının hakim və texniki heyət təyinatları açıqlanıb

Futbol
Bu gün, 13:40

UEFA 30,000 avro ilə Finlandiya Futbol Assosiasiyasını cərimələyib

Güləş
Bu gün, 13:33

Nihat Məmmədli dünya çempionatında gümüş medal qazanacağını və qızıl medaldan imtina etdiyini etiraf etdi

Futbol
Bu gün, 13:20

Everton qış transferində Islandiyalı hücumçunu transfer etməyə çalışır

Oxşar xəbərlər