top
Araz-Naxçıvan Azərbaycan futzal kubokunun həlledici oyununa baş məşqçisi və legioner oyunçuları olmadan çıxacaq Report.az
30 may 2025, 17:44
- ↺ +

"Araz-Naxçıvan" Azərbaycan futzal kubokunun həlledici oyununa baş məşqçisi və legioner oyunçuları olmadan çıxacaq

"Araz-Naxçıvan" futzal üzrə Azərbaycan Kubokunun final matçına baş məşqçisiz və legionerlərsiz çıxacaq.

Bunu "Report"a Naxçıvan klubunun vitse-prezidenti Mahmud Sadıqov bildirib.

O, müqavilə müddəti bitdiyi üçün istirahətə yollanan baş məşqçi Yevgeni Kukseviç və əcnəbi futzalçıların həlledici görüşdə olmayacağını deyib:

"Məşqçi ilə yeni müqavilə avqustdan qüvvəyə minəcək. İyunda müqaviləsinin müddəti bitdikdən sonra bir ay istirahət edəcək. Bu səbəbdən komanda kubokun finalına baş məşqçisiz çıxacaq. Əcnəbi oyunçular da müqavilələrin müddəti bitdiyi üçün komandanı tərk ediblər. Onlar oyuna çıxacaqları təqdirdə əlavə vəsait, daha doğrusu, bir aylıq maaş istəyirdilər. Bu da büdcəmizə uyğun olmadığına görə razılaşa bilməzdik. Hazırda yalnız yerli oyunçular qalıb. Yəni kubokun final matçında yerlilərlə çıxış edəcəyik və qələbə qazanmağa çalışacağıq".

Klub rəsmisi mövsümü də dəyərləndirib:

"Dekabra qədər bir çox çətinliklərlə üzləşdik. Həm məşqçi, həm də oyunçu heyəti baxımından. Əsas rəqiblərimizə məğlub olmuşduq. Həmçinin dekabrda "Baku Fire" ilə matçda heç-heçə oynayaraq xal itirmişdik. Bu da bizi 6 xal geriyə salmışdı. Çətin vəziyyətə düşdüyümüz üçün radikal dəyişikliklərə getmək lazım idi. Biz də bunu etdik. Hazırkı baş məşqçimiz Yevgeni Kukseviçi dekabrın sonlarında dəvət etdik, çempionatın ab-havası ilə tanış etdik. Sonra əl sıxıb müqavilə imzaladıq. Həmçinin bir neçə oyunçu transfer etdik, komandanı gücləndirdik. Bu da öz təsirini göstərdi. Baş məşqçi qarşısına qoyulan vəzifəni anladı. Ona təşəkkür edirəm ki, komandanı çətin vəziyyətdən çıxarıb çempion etməyi bacardı. Bunda təkcə məşqçi amili deyil, klubun rəhbər şəxslərinin, tibbi personalın da böyük əməyi var. Yumruq kimi birləşdik və vəzifənin öhdəsindən gələ bildik".

M.Sadıqov yeni mövsüm üçün baş məşqçinin qarşısına qoyulan məqsədləri də açıqlayıb:

"Məşqçinin qarşısına qoyduğumuz məqsəd, təbii ki, ilk növbədə Azərbaycan çempionluğunu qazanmaq, həmçinin beynəlxalq arenada uğurlu nəticə göstərməkdir. Avqustda UEFA Çempionlar Liqasının ilkin mərhələsində iştirak edəcəyik. Püşkatmadan sonra rəqiblərimiz müəyyənləşəcək. Buna uyğun hazırlıq proqramı tərtib ediləcək. Təbii ki, dəyişikliklər olacaq. Çünki Avropada uğur qazanmaq üçün komanda gücləndirilməlidir. İlk mərhələni keçməyi planlaşdırırıq".

Qeyd edək ki, Naxçıvan təmsilçisi Azərbaycan Yüksək Liqasının 2024/2025 mövsümünün qalibi olub. Klub bu gün rusiyalı baş məşqçisi Yevgeni Kukseviçlə yeni - 1 illik müqavilə bağlayıb.

"Araz-Naxçıvan" Azərbaycan Kubokunun finalında PFL komandası ilə qarşılaşacaq. Görüş iyunun 5-də, saat 14:00-da "Olimpik Star"da keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 15:35

Aysel Əhmədli Sofiyada WSF Şotokan karate Avropa çempionatının K10 kateqoriyasında qızıl medal qazandı

Futbol
Bu gün, 15:28

Yamal 20 yaşından əvvəl Çempionlar Liqasında ən çox qol vuran futbolçu oldu

Qarabağ FK
Bu gün, 15:22

Nazim Süleymanov: Sabahın Çempionlar Liqası çıxışını dəyərləndirir və gələcək perspektivlərini paylaşır

Futbol
Bu gün, 15:11

Toral Bayramov: "Sabah" komandasının Norveçin "Viking"ini məğlub edəcəyinə inanıram;

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Futbol
Bu gün, 14:16

Elmar Baxşıyev: "Sabah" komandası Norveçdə "Viking"lə qarşılaşmada maneələri dəf etsə, uğurlu nəticə əldə edə bilər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Futbol
Bu gün, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Voleybol
Bu gün, 13:35

Turanın Çempionlar Liqası qarşılaşması üçün biletlər azarkeşlər üçün pulsuz

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Digər
Bu gün, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Futbol
Bu gün, 12:23

Qalatasarayın 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov Çempionlar Liqasında 4 oyunda 4 qolla Messi və Ronaldodan daha sürətli starta imza atdı

Oxşar xəbərlər