Misli Premyer Liqasının V turunun ilk oyun gününə Zirədə yekun vurulacaq. Sport24.az xəbər verir ki, Bakıətrafı qəsəbənin eyniadlı təmsilçisi "doğma divarlar" arasında "Şamaxı"nı qonaq edir.
Geridə qalan 4 turdan sonra aktivində 8 xal olan "qartallar" turnir cədvəlinin 4-cü, "şirlər" isə 5 xalla 5-ci pilləsində qərarlaşıb. Qonşuların mübarizəsindən kim qalib ayrılacaq? Bu suala 90 dəqiqənin tamamında cavab tapılacaq. Kağız üzərində matçın favoriti "Zirə" olsa da, "Şamaxı"nın "bərk qoz" olduğu hamıya məlumdur.
Qeyd edək ki, turun digər qarşılaşmaları sabah və bazar günü keçiriləcək.
Misli Premyer Liqası
I dövrə, V tur
18:30. "Zirə" - "Şamaxı" 2:1 (İkinci hissə)
Qol: Karim Rossi, 25, Junior Martins, 83, 87
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Rahil Ramazanov, Vüqar Həsənli
VAR: Rauf Cabarov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Zirə. İdman Kompleksinin stadionu.
"Zirə": 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 9. Davit Volkov, 28. Leroy Mikels, 20. İssa Cibrila, 93. Brahim Konate, 5. Ange Mutsinzi, 17. Ayron Qomis
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 70. Namik Ələskərov, 21. Hacıağa Hacılı, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 26. Stefan Aka, 25. Enrike Kustodio, 30. Rikardo Martins, 11. Junior Martins, 77. Yeqor Boqomolski, 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov
"Şamaxı": 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli (k), 5. Arsen Ağcabəyov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 10. Andrey Tirkoveanu, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 8. Alfons Msanqa
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 27. Emil Süleymanov, 97. Oruc Məmmədov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 24. Sənan Muradlı, 3. Vladislav Veremeyev, 6. Antonio Lara, 19. Abdullahi Şuaybu
Baş məşqçi: Ayxan Abbasov