Midsli Premyer Liqasının VII turunun ilk oyun günü Zirədə yekunlaşacaq. Sport24.az xəbər verir ki, bakıətrafı qəsəbənin eyniadlı təmsilçisi "Neftçi"ni qəbul edir.
Lider "Turan Tovuz" eyni xala malik olan və turnir cədvəlində 2-ci pillədə qərarlaşan "qartallar" doğma meydan amilindən maksimum yararlanmaq niyyətindədir. Rəşad Sadıqovun komandasının əsas məqsədi 3 xal olacaq. Mövsümə o qədər də yaxşı başlamayan "ağ-qaralar"ın da meydana qələbə üçün çıxacağı şübhə doğurmur.
Qeyd edək ki, turun digər qarşılaşmaları şənbə və bazar günü keçiriləcək.
Misli Premyer Liqası
I dövrə, VII tur
19:30. "Zirə" - "Neftçi" 1:0 (İkinci hissə)
Qol: Giorgi Papunaşvili, 28
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Elvin Bayramov
VAR: Rəşad Əhmədov
AVAR: Kamran Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elman Musayev
Zirə. İdman Kompleksinin stadionu.
"Zirə": 97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 8. İsmayıl İbrahimli 4. Ruan Renato 25. Enrike Kustodio 10. Giorgi Papunaşvili 93. Brahim Konate 5. Ange Mutsinzi 11. Junior Martins 17. Ayron Qomis 77. Yeqor Boqomolski
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 41. Anar Nəzirov 70. Namik Ələskərov 21. Hacıağa Hacılı 7. Rövlan Muradov 16. Fuad Bayramov 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 26. Stefan Aka 30. Rikardo Martins 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov
"Neftçi": 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 17. Murad Xaçayev 19. Ağadadaş Salyanski 77. Falaye Sako 6. Sessi Dalmeyda 5. İqor Ribeyro 11. İmad Faraj 10. Freddi Varqas 23. Cordan Rezabala
Ehtiyat oyunçular: 1. Emil Balayev 93. Rza Cəfərov 4. Elvin Camalov 7. Emil Səfərov 47. Murad Məmmədov 14. Edvin Kuç 24. Mustafa Sek 9. Bassala Sambu 27. Kristian Kostin 22. Luis Ortis 28. Alessio Kurçi
Baş məşqçi: Samir Abasov