Bu gün Misli Premyer Liqasında VI turun oyunlarına start veriləcək.
İdman.biz xəbər verir ki, turun ilk qarşılaşması Quba Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək.
Açılış oyununda 11 xalla turnir cədvəlinin lideri olan "Zirə" səfərdə 7 xalla 7-ci pillədə qərarlaşan "İmişli" ilə üz-üzə gələcək.
Günün ikinci qarşılaşmasında "Qarabağ" "Qəbələ"ni qəbul edəcək. Bir oyun az keçirən Ağdam klubu 7 xalla 5-ci, "qırmızı-qaralar" isə 4 xalla 10-cu pillədə yer alır.
Misli Premyer Liqası
I dövrə, VI tur
26 sentyabr
15:30. "İmişli" – "Zirə"
Baş hakim: Əli Əliyev
"İmişli": 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 21. Abbas Ağazadə 44. Həzrət İsayev 10. Nikola Karaklaiç 29. Edvin Banquera 14. Ronaldo de Souza 9. Dioqo Almeyda 23. Dioqo Rollo 17. Ezekiel Morqan 7. Luis Silvestr
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 99. İmam Əli 77. Elmir Rəhimzadə 22. İbrahim Əliyev 97. Xəzər Mahmudov 5. İdris İnqilablı 11. Vüsal Qənbərov 27. Lətif Rzayev 3. Tuncay Yusifli
Baş məşqçi: Jorj Kaşkilya
"Zirə": 97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 8. İsmayıl İbrahimli 4. Ruan Renato 9. Davit Volkov 10. Giorgi Papunaşvili 20. İssa Cibrila 93. Brahim Konate 5. Ange Mutsinzi 11. Junior Martins 17. Ayron Qomis
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 41. Anar Nəzirov 70. Namik Ələskərov 21. Hacıağa Hacılı 7. Rövlan Muradov 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 26. Stefan Aka 25. Enrike Kustodio 30. Rikardo Martins 77. Yeqor Boqomolski 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov
Quba Olimpiya İdman Kompleksinin stadionu
19:00. "Qarabağ" – "Qəbələ"
Baş hakim: Rauf Cabarov
"Azərsun Arena"
Bombardirlər: Toral Bayramov ("Qarabağ") - 3 qol, Martins Juniyor ("Zirə") - 3 qol, Olabe Roberto ("Turan Tovuz") - 2 qol, Coy-Lens Mikels ("Sabah") - 2 qol, Ceyhun Nuriyev ("Zirə") - 2 qol, İssa Cibrila ("Zirə") - 2 qol, Ba-Muaka Simakala ("Araz-Naxıvan) - 2 qol
Qeyd edək ki, VI tura sentyabrın 28-də yekun vurulacaq.