"Zirə"nin futbolçuları milli komandalarının heyətində növbəti oyunlarını keçiriblər.
"Report"un məlumatına görə, Rikardo Martins Mozambik yığmasının heyətində Sudana qarşı matçda iştirak edib.
O, 4:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada qol və məhsuldar ötürmə müəllifi olub.
Ange Mutsinzi isə Ruanda millisinin heyətində səfərdə Kabo Verde ilə görüşdə meydana çıxıb. Müdafiəçi komandasının 2:1 hesablı qələbəsində bir məhsuldar ötürmə ilə yadda qalıb.