top
Asif Abdullayev: Şabranda cüdonun inkişafı, uşaqların fiziki hazırlığındakı problem və Azadığa yeni dünya çempionları Idman.biz
Bu gün, 14:04
- ↺ +

Asif Abdullayev: Şabranda cüdonun inkişafı, uşaqların fiziki hazırlığındakı problem və Azadığa yeni dünya çempionları

Azərbaycanın Əməkdar məşqçisi Asif Abdullayev uzun illərdir Şabranda cüdonun inkişafı üçün çalışır. O, Şabran Rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbində işləyir.

Mütəxəssis İdman.Biz-ə müsahibəsində ölkənin ən populyar idman növlərindən birinin paytaxtdan kənarda necə inkişaf etdiyindən danışıb, müasir uşaqlarla bağlı müşahidələrini bölüşüb və cüdoçuların hazırlıq sistemindəki dəyişiklikləri dəyərləndirib.

Asif Abdullayev hesab edir ki, istənilən idman bölməsinin fəaliyyəti üçün üç əsas şərt lazımdır: ixtisaslı mütəxəssislər, uşaqlar və müvafiq maddi-texniki baza. Onun sözlərinə görə, hazırda sonuncu istiqamətə xüsusi diqqət yetirilir. Ölkənin Şabran da daxil olmaqla müxtəlif bölgələrində yeni məşq mərkəzləri açılır. Məhz bu amil onun şəhərində cüdonun inkişafına təkan verib.

"Əvvəllər uşaqlarımızın potensialını tam üzə çıxara bilmirdik. Lakin qısa müddət ərzində Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə vəziyyət köklü şəkildə dəyişdi. Şabranda açılan yeni mərkəz tamamilə başqa səviyyəli idman müəssisəsidir. Burada bütün lazımi şərait yaradılıb. 2000-ci ildə Şabranda ilk cüdo bölməsini açanda heç kimonumuz yox idi, tatami haqqında isə yalnız arzulaya bilərdik. Məktəblərdən gətirdiyimiz adi gimnastika döşəklərindən istifadə edirdik. Uşaqlar zədə almasın deyə onların altına yonqarla doldurulmuş kisələr qoyurduq", - deyə məşqçi xatırlayıb.

Cüdonun inkişafında məşqçilərin öz hazırlığı da az əhəmiyyət daşımır. Abdullayevin sözlərinə görə, bu istiqamətdə də islahatlar aparılır. Xüsusilə məşqçilərin vahid təlim və ixtisasartırma sistemi tətbiq edilib. Mütəxəssislər beynəlxalq kurs və seminarlarda iştirak edir, təlimlərin sonunda isə müxtəlif səviyyəli sertifikatlar əldə edirlər.

Bu hazırlıq sayəsində məşqçilər müasir metodikaları, yapon terminologiyasını və kəmər dərəcələri üzrə vahid imtahan standartlarını mənimsəyirlər. Əməkdar məşqçi sonuncu yeniliyi ən mühüm dəyişikliklərdən biri hesab edir.

"Kəmər sistemi təməl, bütöv bir elmdir və bunu hamı öyrənməlidir. Tədricən məşqçilərə geniş biliklər verən, onların peşəkar imkanlarını artıran vahid standarta keçirik. Uşaqlar üçün isə bu, əlavə motivasiyadır. Onlar sanki bir məqsəddən digərinə doğru irəliləyirlər".

Abdullayevin fikrincə, kəmər sisteminin tətbiqi xüsusilə yarışlarda hələ yüksək nəticələr əldə etməyən gənc idmançılar üçün vacibdir. Əvvəllər belə uşaqlar çox vaxt məşqlərə maraqlarını itirir, valideynləri isə perspektiv görmədikləri üçün onları vaxtından əvvəl başqa məşğuliyyətlərə yönəldirdilər. İndi isə inkişafı yalnız idman nəticələri ilə deyil, kəmər sistemində yeni dərəcələrin mənimsənilməsi ilə də qiymətləndirmək mümkündür. Bu, hər bir uşağa öz inkişafını görmək, qarşısına yeni məqsədlər qoymaq və yaşından, hazırlıq səviyyəsindən asılı olmayaraq məşqləri davam etdirmək imkanı yaradır.

Beləliklə, idman bölməsinin fəaliyyəti üçün vacib olan üç şərtdən ən çətini uşaqları idmana cəlb etmək olaraq qalır. Məşqçinin müşahidələrinə görə, müasir məktəblilər fiziki aktivliklə xeyli az məşğul olurlar.

"Uşaqlar əvvəlki kimi hərəkətli oyunlar oynamır, həyətlərdə demək olar ki, vaxt keçirmirlər. 2000-ci illərin əvvəllərində yanıma gələn uşaqların artıq müəyyən fiziki hazırlığı olurdu. Futbol oynayır, qaçır, aktiv həyat tərzi keçirirdilər. İndi isə uşaq zala gəlir və mən ona yenidən qaçmağı öyrətməli oluram. Əllərin sinə səviyyəsində necə sinxron hərəkət etməli olduğunu, qaçarkən necə düzgün nəfəs almağı bilmirlər. Halbuki bizim nəslin uşaqları tamam başqa idi. Yayda ağaclara dırmaşır, tut və alça yığırdıq. İndi isə uşaqlar yalnız mağazaya banan almağa gedirlər", – deyə o bildirib.

Asif Abdullayevin sözlərinə görə, bu gün telefonlar uşaqların aktiv istirahətini əvəz edir. İdmana maraq əvəzinə təhsilə üstünlük verilir. Üstəlik, tədris prosesi də çox vaxt elektron cihazlardan istifadə etməklə təşkil olunur. Bundan başqa, dərnəklərin və əlavə məşğələlərin çoxluğu da dolğun məşq prosesi üçün imkanları getdikcə azaldır.

Mütəxəssis bu çətinliklərə baxmayaraq, bölgələrdə istedadlı gənc cüdoçuların az olmadığını, regional birinciliklərdə rəqabətin kifayət qədər ciddi olduğunu vurğulayıb. Federasiyanın dəstəyi də idmançıların inkişafı üçün əlavə stimul yaradır.

"Zona birinciliklərində uğurla çıxış edən cüdoçular respublika yarışlarına hazırlaşmaq imkanı əldə edirlər. Onları beynəlxalq turnirlərə və təlim-məşq toplanışlarına göndərirlər. Təsəvvür edin, Şabrandan olan idmançı Gürcüstanda təlim-məşq toplanışında iştirak edir, qayıdıb təəssüratlarını ətrafındakılarla bölüşür. Bu, digər uşaqları da həvəsləndirir və onlarda idmana maraq oyadır. Bölgədən kimsə uğur qazananda bu, diqqət çəkir. Beləliklə, idmana yeni nəsil cəlb olunur. İdmanın kütləviləşdirilməsi də məhz budur", – deyə Abdullayev izah edib.

Sonda məşqçi cüdonun inkişafı istiqamətində aparılan sistemli işin beynəlxalq arenada da nəticə verdiyini vurğulayıb:

"Uzun müddət Azərbaycanın yeganə dünya çempionu Elxan Məmmədov idi. Lakin 2024-cü ildə Hidayət Heydərov və Zelim Kotsoyev dünya çempionu titullarını qazandılar, həmçinin olimpiya çempionu oldular. İndi dünyanın ən güclü cüdoçuları sırasına Əhməd Yusifov da qoşulub. Əminəm ki, görülən bütün bu işlər gələcəkdə daha böyük bəhrəsini verəcək".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:00

İlham Yadullayev: Səbail’in futbolçuları ikiqat rəqib kimi hərəkət etdi

Futbol
Bu gün, 13:41

Syudad-de-Yantsasa futbolçu Con Perlasa hakimə daş atıb, səkkiz il cəza aldı

Futbol
Bu gün, 13:40

Vis Pezaro'nun ispaniyalı hücumçusu Amadu Konate, Fransanın Reyms və İtaliyanın Modena klublarının marağına düşüb

Qarabağ FK
Bu gün, 13:29

Qazaxıstan AKAS klubunun baş məşqçisi Dovran Kendjaxunov Qurban Qurbanova hədiyyə təqdim etdi - VİDEO

Futbol
Bu gün, 13:23

Yuventus Mustafa Varelanı əsas transfer hədəfi kimi müəyyən edib

Futbol
Bu gün, 13:20

Canni İnfantinonun 15 milyard funt dəyərində Dünya Çempionatı hüquqları üzrə gizli danışıqları

Futbol
Bu gün, 13:07

Premyer Liqanın 11-ci turu: Poçetinin "Enfild"dan başlanan debütü və "Arsenal"ın çempionluq iddiası

Gimnastika
Bu gün, 13:00

Azərbaycanlı sabiq gimnast Zeynəb Cavadlı BMT-yə müraciət edərək üç qızının BƏƏ-də zorla əlindən alınmasını və işgəncələrə məruz qalmasını它 məhkəməyə çatdırıb

Futbol
Bu gün, 13:00

“Sumqayıt” və “Sabah” arasında Premyer Liqa XII turu – Seriya davam edəcək?

Futbol
Bu gün, 12:56

Bakıda "Sabah" və "Barselona" arasında keçirilən Çempionlar Liqası matçı üçün 62,000 bilet satıldı

Futbol
Bu gün, 12:52

“Mançester Yunayted”in yeni baş məşqçisi Maurisio Poçettino ilə ilk məşqinin dronla çəkilmiş görüntüləri YouTube‑da yayımlandı

Futbol
Bu gün, 12:40

Real Madrid rəhbərliyi Erlinq Haalandın atası ilə görüşüb

Futbol
Bu gün, 12:39

Aleks Meret "Torino" ilə matçı zədə səbəbindən buraxacaq

Cüdo
Bu gün, 12:38

UFC 2027-2028-ci illərdə Qazaxıstanda yarışları təşkil edə bilər

Qarabağ FK
Bu gün, 12:23

Premyer Liqanın 12-ci turu: Gəncədə “Qarabağ”-ın “Kəpəz” üzərində revanş müsabiqəsi zirvə və tənəffüs yarışlarını qarışıq təsir edir

Futbol
Bu gün, 12:20

Real Bellinqemi 2031-yə qədər yeni müqavilə ilə uzatmağa çalışır

Futbol
Bu gün, 11:53

Premyer Liqanın 18 klubu “Mançester Siti”nin sponsorları ilə bağlı hüquqi müdafiəni dəstəklədi

Cüdo
Bu gün, 11:38

Tahir Abdullayev çəkisini aşsa da UFC-də döyüşəcək

Digər
Bu gün, 11:29

Sabir Zeynalov dünya parataekvondo çempionatında qızıl medal qazandı

Qarabağ FK
Bu gün, 11:25

20 Noyabr – Ağdam Şəhəri Günü: İşğaldan azadlığın ilxırışı

Futbol
Bu gün, 11:23

Fransa Milli Futbolçusu 40 Yaşında Geri Dönüş: Bordo Klubunu Dəstəkləmək Üçün Yolda

Futbol
Bu gün, 11:20

Dani Alves: "Həbsxanada 113 avro ilə yaşayarkən, futbolda milyonlar qazandığım vaxtdan daha xoşbəxt idim"

Futbol
Bu gün, 11:10

Real Madrid Niko Pası 80 milyon avroya geri almağa hazırdır

Oxşar xəbərlər