"Sabah"ın yarımmüdafiəçisi Zinəddin Uld Xaled əməliyyat olunub. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, fransalı futbolçu ayağın beşinci daraq sümüyünün Jones tip 2 qırığı əməliyyatı keçirib.
Bakıdakı klinikalardan birində baş tutan əməliyyat uğurla yekunlaşıb. Həkimlərin ilkin rəyinə görə, Xaled təxminən 6 həftə sonra məşqlərə qayıda biləcək.