top
Zamiq Əliyev: Millidə oynamaq mənim üçün şərəfdir, Santuşdan sonra mənimlə əlaqə saxlayan olmayıb Idman.biz
12 aprel 2026, 15:04
- ↺ +

Zamiq Əliyev: Millidə oynamaq mənim üçün şərəfdir, Santuşdan sonra mənimlə əlaqə saxlayan olmayıb

"Burada olduğum müddətdə yalnız bu mövsüm ilk dövrəni az oynamışam. Şükür Allaha, indi yenidən əvvəlki kimi əsas heyətdəki yerimi qaytardım".

İdman.Biz xəbər verir ki, bu sözləri Albaniyanın "Eqnatiya" futbol klubunun və Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyev sportal.az saytına müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- "Eqnatiya" son matçında "Biliş"ə 3:0 hesabı ilə qalib gəldi. Demək olar ki, sizin üçün asan qələbə alındı?

- Bəli, demək olar. Oyun istədiyimiz kimi keçdi və biz rahat qələbə qazandıq. Təbii ki, qələbə bizi məqsədimizə daha da yaxınlaşdırır.

- Klubda hazırkı durumunuzdan razısınız? Demək olar ki, indi daha çox oynayırsınız?

- Bəli, hazırkı durumumdan razıyam. İkinci dövrə bütün oyunları əsas heyətdə stabil olaraq oynamışam. Burada olduğum müddətdə yalnız bu mövsüm ilk dövrəni az oynamışam. Şükür Allaha, indi yenidən əvvəlki kimi əsas heyətdəki yerimi qaytardım. Bu da sevindirici haldır.

- Ölkə xaricində oynayırsınız, amma millinin son toplanışına dəvət olunmadınız. Yəqin ki, millidən dəvət gözləyirdiniz?

- Hər bir futbolçu millidə oynamaq istəyir. Bu, məndə də belədir. Bundan əvvəl də, dəfələrlə vurğulamışam ki, millidə oynamaq, orada daimi olmaq mənim üçün həm şərəf, həm də ən böyük hədəflərdən biridir. Təbii ki, daim millidə olmaq, ölkəm üçün oynamaq istəyirəm. Ancaq qərarı mən vermirəm. Mən öz işimə köklənmişəm. Hər bir qərara hörmətlə yanaşıram. Yəqin ki, ehtiyac olsa, yenidən dəvət alaram. Düşünürəm ki, stabillik və performansım yaxşı olduğu halda, yenidən dəvət də olacaq.

- Maraqlıdır, dəvət olmasa da millinin məşqçilər korpusu bu haqda sizinlə danışıq aparırdı, onlarla əlaqədəsiniz?

- Xeyr. Sonuncu dəfə Fernandu Santuşun vaxtında əlaqə saxlayıblar. Ondan sonra mənimlə əlaqə saxlayan olmayıb.

- Azərbaycan milli komandasının qarşıda Litva və Lixtenşteynlə Millətlər Liqası oyunları gözləyir. Bu matçlar üçün milliyə dəvət ediləcəyinizə inanırsınız?

- Mənim inanıb-inanmamağım nəyisə dəyişmir. Dediyim kimi, mənim işim öz klubumda mütəmadi oynayıb, yaxşı performans göstərməkdir. Seçim isə baş məşqçinindir. Mən də hər bir qərara hörmətlə yanaşıram.

- "Eqnatiya"nın bu mövsüm çempionluq şanslarını necə dəyərləndirirsiniz? Sizcə, bu, realdır?

- Təbii ki, realdır. Son illərin çempionu olaraq, bu il də hədəf növbəti çempionluqdur və bunun üçün əlimizdən gələni edəcəyik. Əslində, bu mövsüm çempionluq uğrunda daha gərgin mübarizə gedir. Üç komandanın da şansları bərabərdir. Birinci və üçüncü yer arasında cəmi üç xal fərq var. Bizimlə lider arasında iki xal var və ona görə də son ana qədər gərgin mübarizənin gedəcəyini düşünürəm. Allah qoysa, sonda gülən tərəf biz olarıq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Bu gün, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Bu gün, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Bu gün, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Bu gün, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Bu gün, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Bu gün, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Bu gün, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Futbol
Bu gün, 20:23

Tenerifeli hücumçu İesus de Migele ölümündən sonra vəziyyəti ilə bağlı açıqlama verən qapıçı İesus Ovono

Qarabağ FK
Bu gün, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Digər
Bu gün, 20:00

Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi edərək dünya idman mərkəzi kimi tanındı

Digər
Bu gün, 20:00

Fənərbaxçanın əvvəlki prezidenti Səddəddin Sarana bəraət verilib

Futbol
Bu gün, 19:38

"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin millisinə çağırılıb;

Futbol
Bu gün, 19:34

Kolumbiyalı qapıçı David Ospina 38 yaşında karyerasını başa vurdu

Futbol
Bu gün, 19:30

Manchester United'ın yarımmüdafiəçisi Kobbi Meynu PSJ-nin hədəfində

Digər
Bu gün, 19:20

New York marafonunda gənc qız finişə bir neçə kilometr qalmış öldü

Futbol
Bu gün, 19:10

“Mingəçevir” futbolçusu Həsrət Mürsəlov: “Maaş almırıq, pulsuz oynamaq istəmirik” - İDMAN.BİZ-ə açıqlama

Digər
Bu gün, 19:09

Azərbaycan yığma komandasının baş məşqçisi Orxan Mustafayev: Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı idmançılarımız üçün böyük təcrübədir;

Futbol
Bu gün, 19:00

İtalyaın "Milan" klubunun gənc hücumçusu Franchesko Kamarda üçün "Montsa" və "Piza" klubboarı təklif göndərib

Minifutbol
Bu gün, 19:00

Lənkəranda Çexiya yığmasını qəbul edən futzal millimizin məşqçisi: "Tribunadan böyük dəstək alacağımızdan ümidlili"

Futbol
Bu gün, 18:53

"Lion" klubunun baş məşqçisi Paulo Fonseka ilə yollarını ayırdı

Futbol
Bu gün, 18:52

Xarici ekspertlər “Sabah” və “Vikinq” arasındakı çempionlar liqası mübarizəsi üçün proqnozlar veriblər

Futbol
Bu gün, 18:37

Cey-Cey Qabriel “Real Madrid”ə keçidə yaxındır: Gənc hücumçu “Mançester Yunayted”in bütün səylərinə baxmayaraq, La Liqa klubunu seçdi

Tennis
Bu gün, 18:30

İspan çempion Rafael Nadal Realın Direktorlar Şurasına təyin ediləcək

Oxşar xəbərlər