İtaliya təmsilçisi "Yuventus" İqor Tudoru baş məşqçi postundan qovub.
"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Onu bu postda müvəqqəti olaraq Massimo Brambilla əvəz edəcək.
Qeyd edək ki, Tudor 2025-ci ilin martından "Yuventus"a rəhbərlik edirdi. Onun rəhbərliyi ilə komanda cari mövsüm 8 turdan sonra 12 xalla səkkizincidir.