İtaliyanın futbol nəhəngi "Yuventus" heyətini yerli ulduzlarla gücləndirmək strategiyasına start verib.
İdman.Biz "Gazzetta dello Sport" nəşrinə istinadla xəbər verir ki, "Qoca sinyora"nın növbəti hədəfi "Arsenal"ın müdafiəçisi Rikkardo Kalafioridir.
23 yaşlı futbolçunun İtaliyaya qayıtması artıq klubun prioritet məqsədinə çevrilib. Lakin bu transferin baş tutması üçün Kalafiorinin London klubundan ayrılmaq istədiyini rəhbərliyə rəsmən bildirməsi və "Emirates" stadionundan ayrılmaq üçün təzyiq göstərməsi şərtdir.