top
Yuri Vernidub: Qarşıya qoyulan məqsədə çatdıq (Neftçi dördüncü yeri təmin etdi) Idman.biz
17 may 2026, 21:40
- ↺ +

Yuri Vernidub: "Qarşıya qoyulan məqsədə çatdıq" (Neftçi dördüncü yeri təmin etdi)

"Neftçi"nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının 32-ci turunda "Sabah" üzərində qazanılan 2:1 hesablı qələbəni şərh edib.

İdman.Biz xəbər verir ki, ukraynalı mütəxəssis qarşıya qoyulan vəzifəni yerinə yetirdiklərini bildirib.

"Əla axşamdır. Qarşımıza qoyulan məqsədə çatdıq. Mən komandaya gələndə dördüncü yerdən çox uzaq idik, amma qarşıda 19 tur var idi. Tapşırıq çətin idi. Buna baxmayaraq bilirdim ki, yaxşı oynasaq, mükafatımızı alacağıq. Bu gün xoşbəxt insanam", - deyə Vernidub bildirib.

Baş məşqçi komandanın oyununda baş verən dəyişikliklərə də toxunub:

"Futbolçularla daim fərdi söhbətlər aparırdım. İntizamı düzəltdik. Oyunçulara böyük yüklənmələr verirdik. Biz "Neftçi"yik və hər matçda bir nömrə ilə oynamalı idik. "Sabah" və "Qarabağ" kimi görünməli idik. Futbolçular mənə inandılar, mən də onlara. Bu çox vacib idi. Klubun bütün əməkdaşlarına və rəhbərliyinə təşəkkür edirəm. Rəhbərlik hər zaman bizə dəstək oldu. Bütün bunlar uğurumuzun əsas səbəbi idi".

Vernidub mövsümün sonunda heyətdə dəyişikliklərin mümkün olacağını da gizlətməyib:

"Komandaya gələndə hamıya demişdim ki, mövsümün sonuna qədər qalacaqlar. Qərar yalnız mövsüm bitəndən sonra veriləcək. Kiminsə müqaviləsi başa çatır, kiminsə davam edir. Yeni qan lazım olacaq. Konfrans Liqasının ilk mərhələsində mübarizəni dayandırmaq istəmirəm. Mən Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində çalışmışam, indi isə Konfrans Liqasının əsas mərhələsində oynamaq istəyirəm. Qarşıda bizi çox iş gözləyir".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 00:12

“Turan”la oyun öncəsi “Skandiççi”də itki təhlükəsi

Şahmat
Dünən, 23:56

Xaqan liderlə, Lalə keçmiş dünya çempionu ilə qarşılaşacaq

Futbol
Dünən, 23:48

Super Liqa: XII tura yekun vurulub

Boks
Dünən, 23:43

Konor Makqreqor ağır zədədən sonra məşqlərə qayıtdı

Futbol
Dünən, 23:40

Milli komanda Andorrayı 3:1 məğlub etdi, amma Lixtenşteynlə oyundakı vaxt uzatması Avro-2028 pley-off şansını ələ keçirdi

Futbol
Dünən, 23:29

Barselona mətbuat konfransında De Yonq iştirak edəcək

Futbol
Dünən, 23:15

Mourinyo: Oyunların çoxluğundan şikayət edən futbolçuların maaşı 50 faiz azaldılsın

Futbol
Dünən, 23:02

“Başakşəhər”dən möhtəşəm geridönüş, Bertuğdan het-trik

Futbol
Dünən, 23:00

Gəncəbasar kapitanı: "Şahdağ Qusar"la heç-heçə bizim üçün qələbə kimidir

Futbol
Dünən, 22:55

II Liqa: “Marafon” səfərdə, “Şəmkir” evdə qalib gəlib

Futbol
Dünən, 22:51

Martin Edeqorun "Arsenal"la yeni müqavilə imzalaması gözlənilir

Futbol
Dünən, 22:47

“Bavariya” Harri Keyni əvəzləmək üçün keçmiş hücumçusunu, Erik Maksim Şupo-Motinqi, geri qaytara bilər

Futbol
Dünən, 22:38

İnterin yarımmüdafiəçisi Hakan Çalhanoğlunun zədəsi ilə bağlı xəbər

Futbol
Dünən, 22:34

İngiltərə nəşri “Sabah”‑Barselona oyununu proqnozladı: 3‑1 qalibiyyət gözlənilir

Futbol
Dünən, 22:30

Postekoğlu jurnalistin Manenin yoxluğuna dair sualına sərt reaksiya verdi

Digər
Dünən, 22:30

Fərid Qayıbov Avropa Oyunları müzakirələrində

Futbol
Dünən, 22:20

Asiya Çempionlar Liqası: "Traktor" darmadağın oldu

Digər
Dünən, 22:20

Azərbaycanlı gənc məşqçini Avropa ölkəsinə kim dəvət edib? - VİDEO

Futbol
Dünən, 22:19

Barselona “Sabah” ilə oyun öncəsi məşqçi Flikin qərarlarına narazılıq

Futbol
Dünən, 22:10

Neftçi – Zirə matçı üçün biletlər satışa çıxdı

Futbol
Dünən, 22:08

Azarkeşlərin şəxsi məlumatları oğurlandı;

Futbol
Dünən, 22:07

“Mançester Siti”nin baş məşqçisi dörd oyunluq uğursuz seriyadan danışdı

Futbol
Dünən, 22:00

Çempionlar Liqasının əsas favoritlərinin reytinqi - PSJ 1-cidir

Futbol
Dünən, 22:00

Qışda yeni transferlərə ehtiyac görmürlər - Prezidentdən AÇIQLAMA

Oxşar xəbərlər