İngiltərənin "Aston Villa" klubunun futbolçusu Yuri Tilemans daha beş həftə yaşıl meydanlardan kənarda qalacaq.
"Report" "The Athletic" nəşrinə istinadən xəbər verir ki, buna yarımmüdafiəçinin baldırından zədələnməsi səbəb olub.
28 yaşlı belçikalı oyunçu sentyabrın 13-də "Everton"la heç-heçə etdiləri (0:0) matçda sıradan çıxıb.
Tibbi müayinələr ilkin olaraq gözlənildiyindən daha uzun sağalma tələb edən əzələ zədəsi aşkarlayıb.
Qeyd edək ki, Yuri Tilemans 2023-cü ildən Premyer Liqa təmsilçisinin formasını geyinir.