top
Yıldıray Baştürk: Qarabağın Liverpulla oyunda bir xal şansı var Idman.biz
27 yanvar 2026, 16:19
- +

Yıldıray Baştürk: "Qarabağ"ın "Liverpul"la oyunda bir xal şansı var

"Qarabağ"ın oyunlarını izləyirəm. Azərbaycan çempionu sürprizlər etməyə davam edir".

Bu sözləri Türkiyə millisinin sabiq üzvü, 2002-ci ildə yığmanın heyətində dünya çempionatının bürünc medalını qazanan Yıldıray Baştürk deyib.

O, Ağdam təmsilçisinin Avropanı lərzəyə gətirdiyini deyib.

"Çox yaxşı komanda formalaşıb. Qurban Qurbanov möhtəşəm məşqçidir. Yaxşı futbol oynayaraq, bütün Avropanın sürprizinə çevriliblər. Pley-off şanslarını "Liverpul" kimi rəqiblə son oyuna saxlamaları vəziyyəti çətinləşdirir. Bu mərhələyə qədər gəlib çıxmaları həqiqətən çox böyük əzmkarlığın göstəricisidir və olduqca önəmli uğurdur. Bu matçdakı şanslarına gəlincə, Mersisayd təmsilçisi sözsüz ki, çox nüfuzlu, Çempionlar Liqasında böyük təcrübəyə malik komandadır. Buna görə də görüş çox çətin keçəcək. Lakin "Qarabağ" indiyə qədər göstərdiyi performansı meydanda sərgiləyə bilsə, bir xal qazanmaq şansı ola bilər. Təbii ki, bunun üçün Azərbaycan klubu adına xüsusi bir gün olmalıdır. Eyni zamanda, rəqib də yaxşı vəziyyətdə olmamalıdır. Amma niyə də yox? Futbolda hər şey mümkündür", - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.

Vaxtilə Almaniyanın "Bayer" (Leverkuzen) və İngiltərənin "Blakbörn" komandalarının formasını geyinmiş Y. Baştürk "Qarabağ"ın heyətində xüsusi olaraq hansı futbolçunu fərqləndirmək istəmədiyini söyləyib:

"Onlar komanda olaraq nümuməvi futbol nümayiş etdirirlər. "Qarabağ" güclü komanda ruhuna sahibdir. Bu, Azərbaycan təmsilçisinin ən böyük üstünlüklərindən biridir".

Qeyd edək ki, "Liverpul" - "Qarabağ" görüşü yanvarın 28-dən 29-na keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
18 avqust 2026, 12:31

“Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan beynəlxalq düşərgə

Futbol
17 avqust 2026, 12:24

"Sumqayıt"ın ev məğlubiyyətləri 100-ə çatdı

Basketbol
17 avqust 2026, 11:20

Neftçi Azərbaycan millisinin gənc basketbolçusunu transfer edib

Futbol
17 avqust 2026, 10:20

Nyukasl „Vilyarreal“dan Jorj Mikautadzeni transfer etməyə çalışır

Futbol
17 avqust 2026, 09:25

Arsenalın baş məşqçisi Mikel Arteta Premyer Liqada çempion titulunu qorumaq haqqında danışdı

Futbol
17 avqust 2026, 09:20

Portuqaliya çempionatında oyun təxirə salınıb

Qarabağ FK
17 avqust 2026, 09:10

Rodriqo 2027-ci ilin əvvəlinə qədər “Real”da meydana çıxa bilməyəcək

Qarabağ FK
17 avqust 2026, 09:00

Qarabağ Şamaxı ilə qarşılaşır

Futbol
17 avqust 2026, 08:40

Arsenalın müdafiəçisi İngiltərə Super Kubokunda ən sərfəli qolun müəllifi olub

Futbol
17 avqust 2026, 08:20

Yuventus Tottenhemin qoluçusunu icarəyə götürür

Futbol
17 avqust 2026, 08:00

Şotlandiya milli komandasının yeni baş məşqçisi Sebastyen Pokonyoli oldu

Futbol
17 avqust 2026, 07:15

Sebastyan Pokonyoli Şotlandiya milli komandasının yeni baş məşqçisi təyin edilib

Futbol
17 avqust 2026, 06:14

Joze Mourinyo yoldaşlıq matçında zərbədən göyəribeb

Futbol
17 avqust 2026, 05:20

Ceymi Vardi Braziliyada karyerasını davam etdirə bilər

Futbol
17 avqust 2026, 04:18

Kriştianu Ronaldu və Corcina Rodrigesin toy mərasimi keçirib

Futbol
17 avqust 2026, 03:13

Mikel Arteta İngiltərə Superkubokunda “Arsenal”ı məğlubiyətə uğratdı

Futbol
17 avqust 2026, 02:05

Pari Sen-Jermen altıncı dəfə Fransa Superkubokunu uduzub

Futbol
17 avqust 2026, 01:47

Latsio İtaliya Kubokundan kənarlaşdı

Futbol
17 avqust 2026, 01:26

Rüfət Abdullazadənin komandası Toto Kubokunun yarımfinalında məğlub olub

Futbol
17 avqust 2026, 01:06

Rəşad Sadıqov “Şəfa” ilə matç haqqında danışdı

Futbol
17 avqust 2026, 00:48

Zirə Şəfanı 2:0 hesabı ilə məğlub etdi

Futbol
17 avqust 2026, 00:48

Zirə „Şəfa“ı məğlub etdi

Futbol
17 avqust 2026, 00:45

Lans Fransa Superkubokunu qazandı

Futbol
17 avqust 2026, 00:25

Türkiyə Superliqası: Nəriman Axundzadə debüt edib, “Beşiktaş” çətin qələbə qazanıb

Oxşar xəbərlər