Misli Premyer Liqasının XII turunda keçirilən "Şamaxı" – "Turan Tovuz" oyunu mübahisəli epizodla yadda qalıb. Sport24.az-ın məlumatına görə, Tovuz təmsilçisinin futbolçusu Joarlem Santos rəqib komandanın üzvü Emin Rüstəmova qarşı kobud oynayıb.
Epizod zamanı braziliyalı futbolçu ayağı ilə rəqibinə zərbə endirib.
Nəticədə Rüstəmov bel nahiyəsindən ciddi xəsarət alıb.
Qeyd edək ki, qarşılaşma "Turan Tovuz"un 2:0 hesablı qələbəsi ilə başa çatıb.
