top
Yau Mozes: Kəpəzlə oyunda məqsədimiz qələbədir Idman.biz
16 aprel 2026, 11:12
- ↺ +

Yau Mozes: "Kəpəz"lə oyunda məqsədimiz qələbədir"

"Kəpəz"lə oyunda məqsədimiz qələbədir. Allah qoysa, qalib gələrək azarkeşlərimizi sevindirəcəyik".

Bunu "İmişli"nin qanalı yarımmüdafiəçisi Yau Mozes futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Növbəti turda bu mövsüm uduzmadığınız "Kəpəz"in qonağı olacaqsınız. Budəfəki görüşdə sizi 1 xal qane edəcək, yoxsa məqsəd ancaq qələbədir?

– "Kəpəz"lə oyunda məqsədimiz qələbədir. Allah qoysa, qalib gələrək azarkeşlərimizi sevindirəcəyik.

– Sizi "İmişli"nin əsas heyətində görmürük, ya oynamır, ya da sonradan meydana daxil olursunuz. Bu barədə nə deyə bilərsiniz? Özünüzü ilk "11-lik"də yer almağa tam hazır sayırsınızmı?

– Bəli, zədə səbəbindən uzun müddətdir meydandan kənarda qaldım və indi-indi geri qayıdıram. Baş məşqçi əsas heyətdə oynamağıma qərar verərsə, mən hazıram.

– "İmişli"nin mövsümün son hissəsində məqsədi nə olacaq: turnir cədvəlində hazırkı mövqeyini qorumaq, yoxsa bacardıqca irəliləmək?

– Əsas hədəfimiz Premyer Liqada daha yüksək pillələrdə qərarlaşmaqdır. Bu məqsədə çatmaq üçün komanda olaraq maksimum səylə çalışırıq. Hər oyunda ən yaxşı nəticəni əldə etməyə fokuslanmışıq.

– Ölkəniz Qana bu yay keçiriləcək dünya çempionatında İngiltərə, Xorvatiya və Panama ilə eyni qrupda mübarizə aparacaq. Millinizin mundialda qrupdan çıxmaq şansını necə dəyərləndirirsiniz? Sizcə, Qana yığması dünya çempionatında sürpriz edə bilər?

– Qana çoxlu istedadlı gənc oyunçusu olan futbol ölkəsidir. Ona görə də millimiz budəfəki dünya çempionatında daha irəli gedə bilsə, təəccüblənmərəm. Xatırlayırsınızsa, Qana 2010-cu ildə keçirilən mundialda 1/4 finala yüksələ bilmişdi. Komandamızdan yenə uğurlu çıxış gözləyirəm.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:12

Unai Emere Aston Villa‑nın Alexandro Qarnaçonun icarəsini erkən ləğv etmə xəbərlərinə şərh etdi

Futbol
Bu gün, 04:09

"Levelinqin uğursuz çıxışı "Roma"nın işinə fayda verə bilər"

Voleybol
Bu gün, 03:30

"Xilasedici" komandası CEV Çempionlar Liqasının 1/8 finalında məğlub oldu, avrokuboklarda CEV Çelenc Kubokunda davam edəcək

Futbol
Bu gün, 02:40

Qabriel Jesus, Luis Suarez"ı geridə qoydu

Futbol
Bu gün, 02:40

Çelsi yenidən məğlub oldu

Futbol
Bu gün, 02:26

Levante, evində Racing'ı 3-1-ə məğlub etdi

Futbol
Bu gün, 02:20

Çempionlar Liqasının V turunda ‘Sabah" – ‘Barselona" oyunu 66321 tamaşaçı ilə ən yüksək üçüncü pillə matçlarından biri

Futbol
Bu gün, 02:14

İtaliya A Seriyasında Venesiya-Bologna oyunu qolsuz 0:0 nəticə ilə tamamlandı

Futbol
Bu gün, 02:11

"Rasinq Santander" "Levanteni" 3:1 hesabı ilə məğlub etdi - VİDEO

Qarabağ FK
Bu gün, 02:10

Entoni Qordon Çempionlar Liqasının tarixində xalqı idarə edən rekorda imza atdı

Futbol
Bu gün, 02:07

İngiltərə Premyer Liqası: «Çelsi» «Nottingem Forest»ə məğlub olub

Futbol
Bu gün, 02:04

Fransa Liqa 1-də Brest Parisi 1:0 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 02:03

«Nottingham» «Çelsi»ni 3:2 hesabıyla məğlub etdi — Çelsi ardıcıl üçüncü məğlubiyyəti aldı

Futbol
Bu gün, 02:00

"Sabah" və "Qəbələ"nin sabiq legioneri Zurab Oçiqava Polşada məşqçiliyə başlayıb

Futbol
Bu gün, 01:59

"Çelsi" səfərdə "Nottingem Forest"ə 2:3 hesabı ilə uduzdu, uğursuz seriya davam edir

Futbol
Bu gün, 01:52

Brest Parislə çempionatda qələbə seriyasını bitirdi

Futbol
Bu gün, 01:49

"Bolonya" "Venetsiya" qarşılaşmasında heç‑heçə, xal sayını 19‑a çatdırdı

Futbol
Bu gün, 01:40

Alman forvardı Nikolo Tresoldi Avropanın dörd böyük klubunun marağında

Futbol
Bu gün, 01:35

Tovuzda Turan – Kapaz Qərb derbisi, Mərdəkanda Sabah – Araz‑Naxçıvan döyüşü

Futbol
Bu gün, 01:33

Verder 3:3 Borussiya qarşısında son dəqiqədə xilas oldu

Futbol
Bu gün, 01:24

«Səbail» – «Şimal» matçının videoicmalı (5:2)

Futbol
Bu gün, 01:16

"Barselona" Baldenin satışına müdafiə xəttini gücləndirmə şərtini qoyub

Futbol
Bu gün, 01:00

"Neftçi" "Zirə"ni 1:0 hesabı ilə məğlub edərək liderliyini möhkəmləndirdi - Almeydanın qolu qələbə gətirdi

Futbol
Bu gün, 00:57

Polis insidenti Hall City futbolçusunun Premyer Liqa karyerasına təsir etdi

Oxşar xəbərlər