top
XX tura sözardı: “Dişsiz” “Sabah”, xarakter nümayiş etdirən “Turan Tovuz” və... Sport24.az
27 yanvar 2025, 11:15
- ↺ +

XX tura sözardı: “Dişsiz” “Sabah”, xarakter nümayiş etdirən “Turan Tovuz” və...

Dünən keçirilən iki oyunla Premyer liqada XX tur başa çatdı. hesabat turunda baş tutan 5 qarşılaşmadan ikisində meydan sahibləri qələbə qazandı. Bir oyunda "sülh" qeydə alındısa, iki matçda qonaqlar aktivlərinə 3 xal yazdılar. Bəs 20-ci oyun həftəsi necə yadda qaldı?

 

"Şamaxı" – "Zirə" 1:2

Ötən həftə "Qarabağ"ın əsəbləri ilə oynayan Ayxan Abbasovun komandası "Zirə"yə də həyacanlı dəqiqələr yaşatmağı bacardı. Meydan sahibləri ilk yarıda hesabı açmağa müvəffəq olsalar da, sonadək üstünlüyü qoruya bilmədilər. Rəşad Sadıqovun "qaratallar"ı fasilələyə saniyələr qalmış hesab arasında tarazlıq yaratmaqla rəqibi psixoloji cəhətdən "sındırdılar". İkinci yarıda daha bir dəfə fərqlənən Bakıətrafı qəsəbə təmsilçisi çətin səfərdən 3 xalla dönməklə ilk "üçlük"də mövqeyini qoruya bildi.

Meydan sahibləri uduzsalar da Abbasovun "şirlər"inin məğlubiyyətə layiq olmadığını desək, yanılmarıq. Sadəcə, bəxt də cümə günü "Zirə"nin tərəfində idi. Matçın son saniyələrində Arsen Ağcabəyov əlverişli vəziyyətdən "çərçivə"yə düşə bilsəydi, "Şamaxı" 2025-ci ildə aktivinə ilk xalı yazdıra biləcəkdi.

 

"Səbail" – "Kəpəz" 1:0

Turun bəlkə də ən prinsipial qarşılaşması Bayılda baş tutdu. "ASCO Arena"da elitada qalmaq uğrunda ölüm-dirim mübarizəsi aparan iki komanda üz-üzə gəldi. Adətən belə görüşlərdə parlaq oyundan çox nəticə önəm kəsb edir ki, bir daha bunun şahidi olduq.

90 dəqiqənin sonunda sevinən tərəf "Səbail" oldu. Cavid Hüseynovun komandası minimal hesabla da olsa, "Kəpəz"i üstələyərək, son pillədən qurtuldu. Şənbə günü Gəncə təmsilçisinin oyunu yumşaq desək, alınmadı. Hücumda "dişsiz" olan "sarı-göylər" "dənizçilər"in cərimə meydançasına daxil olmaqda çətinlik çəkdilər. Yeri gəlmişkən, meydan sahiblərinin heyətində qapıçı Əlirza Müştəbazadənin inamlı oyunu da qeyd olunmalıdı. Məhz gənc qolkiper ən azı iki epizodda komandasını real qoldan xilas etməklə oyunun qəhrəmanlarından biri oldu.

 

"Sabah" – "Sumqayıt" 0:0

Şənbə günü "Bank Respublika Arena"ya üz tutanlar bəlkə də itirdikləri 90 dəqiqəyə görə çox pərişan oldular. Hesabat turunun ən darıxdırıcı matçında qapılara qol vurulmadı.

"Sumqayıt"ın Masazıra ən azı heç-heçə üçün yollandığı ilk dəqiqələrdən hiss olunurdu. Vaqif Cavadov və komandası hücumdan çox müdafiəni fikirləşməklə meydanın mərkəzini belə keçməyə həvəs göstərmirdi. Qapalı oyuna üstünlük verən, bəzən 6-7 futbolçu ilə müdafiə olunan "kimyaçılar" sonda istəklərinə çatdılar və səfərdən bir xalla döndülər.

"Sabah"ın isə belə hücum potensialı ilə ortabab komandanın qapısına yol tapa bilməməsi acınacaqlıdı. Vasili Berezutskinin "bayquşlar"ı 2025-ci ildə meydana çıxdığı iki rəsmi oyunda rəqibi cəzlandıra bilməyib ki, bu da dediklərimə sübutdu. Bir həftə əvvəl baş tutan görüşdə qəsəbə təmsilçisi "Neftçi"ni meydanın mərkəzinə dəvət etsə də, "ağ-qaralar"ın futbolçusu topu öz qapısından keçirməklə yadda qalmışdı.

 

"Araz-Naxçıvan" – "Neftçi" 2:1

Ötən tur "Zirə"yə məğlub olanda çoxları Elmar Baxşıyevin komandasının enişdə olduğunu, son 3 matçda qeydə alınan məğlubiyyətlərə görə "Araz-Naxçıvan" tezliklə ilk "üçlük"dən kənarda qalacağını söyləyirdi. Ancaq Naxçıvan təmsilçisi dünən "Neftçi"ni məğlub etməklə onları siyahıdan silməyin tez olduğunu göstərdi. İntizamlı və komakt oyunla naxçıvanlılar haqq etdiləri 3 xalı qazandılar.

Ölkənin ən köklü klubuna gəlincə, "ağ-qaralar"ın heyətində yer alan futbolçuların adı gurultulu səslənsə də, ortada oyun adına heç nə yoxdu. Samir Abasov "Neftçi"ni yığıb-yığışdıra bilmir. Paytaxt klubunun meydanda əziyyət çəkdiyi açıq-aşkar görünür. Məzmunlu oyundan isə ümumiyyətlə, danışmağa dəyməz...

 

"Qarabağ" – "Turan Tovuz" 1:2

Deyəsən, cari mövsümdə qərblilər ağdamlılar üçün "solaxay" rəqib olaraq qalacaq. Əvvəlki iki qarşılaşmada tovuzluların müqavimətini qıra bilməyən Qurban Qurbanovun komandası bu dəfə də meydanı məğlub tərk etdi. Halbuki 90 dəqiqəni izləyən hər kəs meydanda diqtə edən tərəfin "süvarilər" olduğunu söyləyə bilər. Ancaq müdafiədəki problemlər "Turan Tovuz"la görüşdə də özünü qabarıq şəkildə göstərdi. 65-ci dəqiqədə meydana çıxan Otto Con son saniyələrdə "Qarabağ"ın 3 müdafiəçisinin arasından Şahruddinin qapısına yol tapmaqla ağdamlılara şok yaşatdı. Qarşılaşmanın əvvəlində hesabda geri düşən, ancaq "sınamayaraq" sonadək mübarizə aparan Kurban Berdıyevin komandasını xarakter nümayiş etdirdiyinə görə təbrik etməyə dəyər. "Qarabağ" isə qısa zamanda müdafiədəki çatışmazlıqları aradan qaldırmasa, hələ çox xal itkilərinə məruz qalacaq...       

      

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:14

Bellinqem İngiltərə millisində 6 asistlə Sterlinqin rekordunu təkrar etdi

Futbol
Bu gün, 06:13

Komo'nun idman direktoru Real Madridə qayıda biləcək oyunçularla bağlı açıqlama verdi

Futbol
Bu gün, 05:11

Real Madrid Santyaqo Bernabeu stadionunda FIFA nümayəndələri ilə görüş keçirdi

Futbol
Bu gün, 04:11

Manchester United-un Andersona təklifi istehza ilə qarşılandı

Futbol
Bu gün, 04:02

İspaniya millisi Çexiyanı məğlub edərək məğlubiyyətsizlik seriyasını 43 matça çatdırdı

Futbol
Bu gün, 03:12

Sergen Yalçın: “Belçikaya iki məşqlə çıxmağımız yetərli olmadı, daha çox hazırlıq vaxtına ehtiyacımız var”

Olimpiada
Bu gün, 02:03

Abbas Hüseynov Dakar-2026 Yay Olimpiya Oyunlarında qılıncoynatma sabre üzrə mübarizəyə çıxır

Futbol
Bu gün, 01:34

Zədə səbəbindən Azərbaycan millisinə qoşulamayan Lorenzo Mezzotero zal məşqlərinə qatıldı

Futbol
Bu gün, 01:03

Ayxan Abbasov Lorenzo Mezzotero’nun milli komandadakı gələcəyini izah etdi

Futbol
Bu gün, 00:47

Özbəkistan Rusiya ilə 3:2 məğlubiyyət, ‘Sabah’ın futbolçusu son dəqiqədə iştirak etdi

Futbol
Bu gün, 00:22

Messi üçüncü dəfə Lendon Donovan mükafatına namizəd, Qrizmann isə ilk dəfə namizəd

Futbol
Bu gün, 00:03

De Bruyne: "Arda Gülərin oyununa bütün məsuliyyəti verdik"

Digər
Dünən, 23:47

Yaponiyanın Miyadzaki şəhərində 14 noyabrda triatlon Dünya Kuboku mərhələsi baş tutacaq

Şahmat
Dünən, 23:33

Şahmatçılarımız Avropa çempionatında qızıl, gümüş və bürünc medalları qazandı

Futbol
Dünən, 23:26

Andorra qapıçısı Xesus Ovono’nun futbola qayıdışı qərarı özünə bağlıdır

Futbol
Dünən, 23:11

Harri Keyn İngiltərə millisində 36 illik Şilton rekordunu qırmağa hazırlaşır

Basketbol
Dünən, 22:55

İki həftəlik fasilədən sonra əsl gücümüzü göstərəcəyik

Futbol
Dünən, 22:35

Argentina Millisinin Baş Məşqçisi Lionel Scaloni 2030-cu İlədək Müqaviləni Uzatdı;

Şahmat
Dünən, 22:27

Vüqar Rəsulovun Prezident Kubokundan şəxsi səbəblərlə imtina edəcəyi təsdiq olundu

Futbol
Dünən, 22:25

Gəncə Avropa Kuboku C qrupunda Türkiyə klubu 'Esenler Erokspor' ilə uduzdu

Futbol
Dünən, 22:17

Lixtenşteynə qalib gəlməklə qrup lideri olacağıq

Futbol
Dünən, 22:13

Xalilu Fadiqa Bakı U-15 Dünya Kuboku və Festivalına dair fikirlərini paylaşdı

Futbol
Dünən, 22:03

Milan Ramuşun transferi 86 milyon avroya qədər gələ bilər

Futbol
Dünən, 21:50

Ayxan Abbasov: Azərbaycan futbolçuları hazırkı mərhələdə yaxşı formadadır;

Oxşar xəbərlər