Azərbaycan millisinin futbolçuları hazırda yaxşı formadadırlar.
"Report" xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının D Liqasında Lixtenşteynə qarşı keçiriləcək matçdan öncə mətbuat konfransında deyib.
Mütəxəssis çətin oyuna çıxacaqlarını bildirib:
"Bu il UEFA Millətlər Liqasında sonuncu oyunumuza çıxacağıq. Daha sonra bizi Andorra seçməsi ilə yoldaşlık matçı gözləyir. Qrup lideri olmaq üçün Lixtenşteynə mütləq qalib gəlməliyik. Rəqibin oyununa bələdik, Bakıda bu komanda ilə bərabərə qalmışdıq. Evdə daha inamlı çıxış etmək istəyəcəklər. Komanda olaraq görüşə hazırıq. Командада əhval-ruhiyyə yüksək səviyyədədir. Premyer Liqada qızğın müбарizə gedir və futbolçularımız yaxşı formадadırlar. İnanıрам ki, sabah istədiyimiz qələbəni qazanacağıq".
Qeyd edək ki, noyabrın 13-də Vaduts şəhərində keçiriləcək Lixtenşteyn - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.