"Real Madrid"in yarımmüdafiəçisi Cud Bellinqem İngiltərə millisində məhsuldar ötürmələri ilə diqqət çəkib.
İdman.Biz "Opta"ya istinadən xəbər verir ki, futbolçu 2026-cı ildə yığmanın heyətində altı qol ötürməsi edib.
Bu, İngiltərə millisində 2019-cu ildən bəri bir təqvim ili ərzində qeydə alınan ən yüksək göstəricidir. Həmin il Rahim Sterlinq də altı məhsuldar ötürmə ilə yadda qalmışdı.
Bellinqem ilin qalan oyunlarında daha bir qol ötürməsi edəcəyi təqdirdə, Sterlinqin göstəricisini geridə qoyacaq.