"Real Madrid" "Santyaqo Bernabeu" stadionunda FIFA nümayəndələrini qəbul edib.
İdman.Biz xəbər verir ki, stadionda təşkil olunan işçi görüşə İspaniya hökumətinin, Madrid şəhərinin və regional hakimiyyət orqanlarının rəsmiləri də qatılıblar.
FIFA rəsmi kanallarında səfərdən görüntülər paylaşaraq qonaqpərvərliyə görə Madrid klubuna təşəkkür edib.
Görüşdə müzakirə olunan əsas mövzular barədə isə məlumat açıqlanmayıb.