İspaniya La Liqasının doqquzuncu turunda "Xetafe" doğma meydanda "Rayo Valyekano" ilə 1:1 hesablı heç-heçə edib.
İdman.Biz xəbər verir ki, meydan sahibləri oyunun böyük hissəsini azlıqda keçirmələrinə baxmayaraq, məğlubiyyətdən xilas olmağı bacarıblar.
Qonaqlar 11-ci dəqiqədə Alvaro Qarsiyanın qolu ilə hesabı açıblar.
29-cu dəqiqədə Cenenin qırmızı vərəqə alması "Xetafe"nin vəziyyətini daha da çətinləşdirib və komanda fasiləyə qədər azlıqda qalıb.
Bununla belə, meydan sahibləri ikinci hissədə tarazlığı bərpa ediblər. 57-ci dəqiqədə Martin Satriano fərqlənərək hesabı bərabərləşdirib.
Qalan dəqiqələrdə "Rayo Valyekano" say üstünlüyündən yararlana bilməyib və qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.