Azərbaycanın İkinci Liqa təmsilçisi "Xankəndi" futbol klubu məşqçilər heyətini yeni təyinatla gücləndirib.
İdman.Biz xəbər verir ki, klubun qapıçılar üzrə məşqçi postuna UEFA B kateqoriyalı lisenziyaya malik Elçin Sadıqov gətirilib.
36 yaşlı mütəxəssis 2020–2025-ci illərdə "Səbail" futbol klubunun müxtəlif yaş qruplarında çalışıb.
Qeyd edək ki, o, 2025-ci ildə isə "Şəfa" klubunda qapıçı-məşqçi vəzifəsində fəaliyyət göstərib.
İdman.Biz Məqalədə: