top
Vurğun Hüseynov: “Aşağı yaş qruplarının birində məşqçi kimi çalışa bilərəm” Sport24.az
13 iyun 2024, 10:15
- ↺ +

Vurğun Hüseynov: “Aşağı yaş qruplarının birində məşqçi kimi çalışa bilərəm”

Ötən mövsümü "Kəpəz"də keçirən Vurğun Hüseynovun karyerasını davam etdirib-etdirməyəcəyi hələ dəqiqləşməyib. Təcrübəli müdafiəçi Sport24.az-a müsahibəsində həm bu mövzuya toxunub, həm də bizi maraqlandıran başqa suallara cavab verib.

- "Kəpəz"də hazırda vəziyyət necədi?
- Hələlik durğunluqdu, gözləyirik.

 

- Gələcək karyeran haqqında nə düşünürsən?
- Səmimi deyim ki, ötən mövsümün əvvəlində karyeramı bitirmək istəyirdim. Sadəcə, təcrübəli oyunçu kimi komandada olmağım məsləhət oldu və karyeramı davam etdirdim. Təcrübəli futbolçu kimi yenə xidmətimdə maraqlı olsalar bir mövsüm də futbol oynaya bilərəm.

 

- "Kəpəz"də suallara nə vaxt aydınlıq gələcək?
-  Bu bizdən asılı məsələ deyil. Məncə, büdcə təsdiqlənməli və sponsorlarla danışıqlar müsbət həll olummalıdı. Ondan sonra bütün qaranlıq məqamlara aydınlıq gələcək.  

 

- "Kəpəz" sənin xidmətində maraqlı olmasa nə edəcən?
- Aşağı yaş qruplarının birində məşqçi kimi çalışa bilərəm.  

 

- Əksər təcrübəli futbolçularımız karyeralarının sonunda I Liqaya üz tutur. Sən də bu addımı ata bilərsən?
- İndidən nəsə deməyimiz düz çıxmaz. F
utbolda hər şey ola bilər. Amma başlıca məqsədim uşaq futbolunda məşqçiliyə başlamaqdı.

 

- Yığmanın son 2 yoxlama matçı barədə fikirlərini bilmək maraqlı olardı...
- Albaniyanın gücü və heyəti hamıya məlumdu. Onlarla ilk hissədə zəif oynadıq, amma fasilədən sonra komanda özünə gəlsə də, məğlubiyyətdən qaça bilmədik. Qazaxlarla ilə matçda isə 2 top geridə olsaq da, xarakter göstərib geridönüş edərək meydandan qələbəylə ayrıldıq. İki oyunu nəzərə alsaq, futbolçularımız ümumi götürəndə pis çıxış etmədilər.

 

- Qarşıdakı seçmə mərhələdə nəyə ümid edə bilərik?
- Konkret nəsə demək olmaz. Ən azı ötən tsikllə müqayisədə qrupda daha üst pillədə qərarlaşmaq mümkündü.

 

- Yığmamıza portuqaliyalı Fernandu Santuş baş məşqçi təyin olundu. Buna münasibətin?
- Kimin millidə baş məşqçi olmasından asılı olmayaraq arzum odur ki, ölkənin əsas komandasını irəli aparsın.

ABDULLA İSMAYILOĞLU

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:11

Çexiya millisi baş məşqçisinin Yamalın çıxmaması ilə bağlı açıqlaması

Boks
Bu gün, 03:11

Gülər Hüseynova finala çıxan rəqibi qarşısında qələbəni əmin hesab edir

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Basketbol
Bu gün, 01:50

Neftçi basketbol komandası Mikonosun beş oyunlu qələbə seriyasına son verdi

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Dünən, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Dünən, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Dünən, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Dünən, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Dünən, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Dünən, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Güləş
Dünən, 21:07

Ömər Mursaqulov Romada 27 kq çəki çempionu oldu

Futbol
Dünən, 20:58

Chelsea qapıçısı Robert Sançes 400 min dollarlıq Ferrari-ni qəzaya saldı - FOTO

Futbol
Dünən, 20:43

Kurtua: “Alonsoya daha çox vaxt verilsə, hər şey alınardı”

Oxşar xəbərlər