Riçard Almeydanın "Qarabağ"da seleksiya işləri ilə məşğul olacağı və əsas komandanın məşqçilər korpusunda yer alacağı barədə məlumatlar yayılıb.
Ağdam klubunun mətbuat xidmətindən İdman.Biz-ə verilən açıqlamada bu iddialar təkzib edilib.
Klubdan bildirilib ki, sabiq futbolçu Bakıya istirahət məqsədilə gəlib:
"Riçard Almeydanın Bakıya səfəri istirahət xarakteri daşıyır. O, səfəri çərçivəsində "Qarabağ" Futbol Klubunun bazasını da ziyarət edib. Almeyda hazırda Braziliyada aktiv futbolçu karyerasını davam etdirir və klubumuzun futbolçusu deyil".
Klubdan Almeydanın bazaya gəlişinin sabiq futbolçulara göstərilən münasibətlə bağlı olduğu vurğulanıb:
""Qarabağ" Futbol Klubu olaraq, vaxtilə komandamızın uğurları üçün əzmlə mübarizə aparmış futbolçularımızın üzünə qapılarımız hər zaman açıqdır. Onun bazaya gəlişi də məhz bu səbəbdəndir. Riçard Almeydanın Qurban Qurbanovun köməkçisi vəzifəsinə gətiriləcəyi ilə bağlı yayılan məlumatlar isə həqiqəti əks etdirmir".