Marneulidə fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) yunan-Roma güləşçiləri İtaliya və Gürcüstanda keçirilən yarışlarda uğurla çıxış ediblər.
İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, mərkəzin yetirməsi Ömər Mursaqulov Romada təşkil olunan beynəlxalq turnirdə 27 kq çəki dərəcəsinin qalibi olub. Bütün rəqiblərini üstələyən gənc güləşçi qızıl medala sahib çıxıb.
GAİM-in digər təmsilçisi Əlirza Xacayev isə Gürcüstanın Oni şəhərində keçirilən turnirdə fərqlənib. Səkkizqat SSRİ çempionu Avtandil Maisuradzenin xatirəsinə həsr olunan yarışda 32 kq çəkidə mübarizə aparan idmançı üçüncü yeri tutub.