"Klubdan öz istəyimlə ayrılmışam".
Bunu İdman.bizə Azərbaycanın 2-ci liqa təmsilçisi "Hypers Quba"nın baş məşqçisi Vüqar Nadirov deyib.
O, klubdan ayrılmasının bir sıra səbəblərinin olduğunu bildirib: "Amma bu, klubdaxili məsələ olduğu üçün bu barədə danışmayacam. Bir az zaman keçdikdən sonra hər şeyə aydınlıq gələcək. Lakin klubda hər şey yaxşı idi. Sadəcə, bir az yoruldum. Ona görə də belə qərar verdim".
Nadirov vurğulayıb ki, yorulmasına baxmayaraq hazırda 4-5 klubla danışıqlar aparır: "Yaxın günlərdə harada çalışmağımla bağlı qərar verəcəm".
Qeyd edək ki, Nadirovla birlikdə köməkçiləri və idman direktoru Fuad Hüseynov da düşərgəni tərk edib.
Banuçiçək Hüseynli
İdman.biz