İspaniya La Liqasında noyabr ayının ən yaxşı baş məşqçisi məlum olub. Sport24.az xəbər verir ki, bu, "Jirona"nın çalışdırıcısı Miçeldir.
Mütəxəssisin rəhbərlik etdiyi komanda ötən ay "Leqanes"ə (4:3), "Xetafe"yə (1:0) və "Espanyol"a (4:1) qalib gəlib.
"Jirona" çempionatda 14 turdan sonra 21 xalla 5-ci sıradadır.