Dünyanın ən yaşlı futbolçusu, ingilis Qrem Beyli vəfat edib. Sport24.az xəbər verir ki, bu barədə "Nationalworld" məlumat yayıb.
Bildirilib ki, İngiltərənin "Şeffild Yunayted" və "Haddersfayld" klublarının keçmiş müdafiəçi 104 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Beyli peşəkar karyerasına 1936-ci ildə, 17 yaşında olarkən "Haddersfild"də başlayıb. Mərhum müdafiəçi 1948-ci ildə "Şeffild Yunayted"ə transfer olunub. O, 1950-ci ildə futbolçu karyerasını bitirib.