top
“Bu gün qalib gələcəyik, alınmasa - bazar günü, onda da alınmasa - gələn həftə” İdman.biz
26 noyabr 2024, 15:20
- ↺ +

“Bu gün qalib gələcəyik, alınmasa - bazar günü, onda da alınmasa - gələn həftə”

UEFA Çempionlar Liqasının liqa mərhələsində 5-ci tur start götürür.

İdman.biz xəbər verir ki, bu gün Avropanın aparıcı klub yarışında doqquz oyun keçiriləcək.

Adlar baxımından "Bavariya" və PSJ qarşılaşması daha çox diqqət çəkir. Çempionlar Liqasında evdə məğlubiyyətsiz seriyasını 18 oyuna çatdıran (14 qələbə və 4 heç-heçə) Münhen klubu öz meydanında sonuncu dəfə 2021-ci ildə məhz parislilərə məğlub olub - 2:3. Amma ondan sonra rəqiblərin hər üç qarşılaşmasında "Bavariya" quru hesablarla qalib gəlib: iki dəfə 1:0, sonuncuda da 2:0.
Almaniya klubunun ulduz futbolçusu Harri Keyn PSJ-ni əla komanda sayır: "Ulduz futbolçuları çoxdur və topa sahib olmağa çalışacaqlar. Biz də eyni cür oynamaq, topa nəzarət etmək istəyirik. Çalışacağıq ki, onlara çətinlik yaradaq, təzyiq göstərək, xüsusən də qapıçıya".
Ünvanına təriflər söylənsə də, fakt faktlığında qalır: PSJ bu mövsüm Çempionlar Liqasında keçirdiyi ilk dörd oyunda cəmi 4 xal toplayıb ki, bu da komandanın 2004/05-ci ildən sonra qrup/liqa mərhələlərində ən aşağı nəticəsidir. Bundan başqa, Paris klubu tarixində ilk dəfə avrokuboklarda bir təqvim ilində beş matçda məğlub olub.
Nəticədə PSJ hazırda Çempionlar Liqasının liqa mərhələsində 25-ci pillədə qərarlaşıb, elə "Bavariya" da ondan uzağa getməyib – 17-ci yer. Harri Keyn bununla bağlı deyir: "Biz bu qədər aşağı pilləyə düşməyə öyrəşməmişik. İlk səkkizliyə yüksəlmək üçün qalan matçlarda qalib gəlməliyik. Qarşıdakı oyun da çətin olacaq. Risk altında olan çox şey var və biz bunun fərqindəyik".

Komandaların turnir cədvəlindəki mövqelərinə əsasən, 2-ci pillədəki "Sportinq"lə 12-ci "Arsenal"ın görüşü də maraq doğurur.
Bu mövsüm bütün turnirlərdə qələbə seriyasını doqquz oyuna çatdıran "Sportinq"dən fərqli olaraq, London klubu Çempionlar Liqasında əvvəlki dörd səfər matçında fərqlənə bilməyib. "İnter"ə 0:1 hesabı ilə uduzduqları qarşılaşmada hətta rəqib qapısı istiqamətində 20 zərbə vursalar da, topu qapıdan keçirmək heç cür mümkün olmayıb.
2023-cü ilin martında Avropa Liqasının 1/8 finalında üz-üzə gələn rəqiblərin mübarizəsində "Sportinq" penaltilər seriyasında qələbə qazanmışdı (2:2, 1:1, pen. 5:3). Mətbuat konfransında həmin oyunları xatırladan jurnalistə "Arsenal"ın baş məşqçisi Mikel Arteta belə cavab verib:
"Düşünürəm, hər bir komanda təkmilləşir. "Sportinq" və etdiklərinə gəlincə, bu inanılmazdır. Biz də iki il əvvəlki ilə müqayisədə çox irəliləmişik, ona görə də qarşılaşma bizim üçün yaxşı sınaq olacaq".

Turnir cədvəlinin üst sıralarında qərarlaşmış komandalardan 6-cı yerdəki "Barselona" ilə 4-cü pillədəki "Brest"in qarşılaşmasını da qeyd etmək lazımdır.
"Brest" Fransa Liqa 1-də son iki oyununda uduzsa da, Çempionlar Liqasının yarandığı 1992-ci ildən bəri yarışın tarixində hələ də məğlub olmayan (3 qələbə, 1 heç-heçə) yeganə klub olaraq qalır.
La Liqada son iki matçında qalib gələ bilməyən "Barselona" da bugünkü oyunda azarkeşlərinin üzünü güldürməyə çalışacaq.

Yeddi il əvvəl "Mançester Siti" Çempionlar Liqasında "Feyenoord"la oyunlarda çətinlik çəkmədən qalib gəlmişdisə (4:0 və 1:0), indi vəziyyət fərqlidir. Rəqiblərin bugünkü qarşılaşması "şəhərlilər"in uğursuzluq zolağından çıxa bilib-bilməyəcəyi baxımından böyük maraq doğurur. "Mançester Siti" 2006-cı ildən bəri ilk dəfə ardıcıl beş oyunda məğlub olub, Pep Qvardiola isə, ümumiyyətlə, məşqçi karyerasında ilk dəfə belə hal yaşayır. Amma ispaniyalı mütəxəssis iş prinsiplərinin dəyişdirməyi zəruri hesab etmir: "Əgər ilk mövsümdə prinsiplərimi dəyişsə idim, səkkiz il ərzində Premyer Liqada altı çempionluq qazana bilməzdik. İndi də inandığımız yoldan dönmək fikrində deyiləm. Çərşənbə axşamı qalib gələcəyik və fikirlərimiz aydınlaşacaq. Yox alınmasa - bazar günü ("Liverpul"la oyunda). Əgər onda da alınmasa - gələn həftə. Vəziyyəti dəyişməyə çalışırıq".

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 5-ci tur
27 noyabr

21:45 Sparta - Atletiko
21:45 Slovan - Milan
00:00 Barselona - Brest
00:00 Bayer - Zalsburq
00:00 Bavariya - PSJ
00:00 İnter - Leypsiq
00:00 Mançester Siti - Feyenoord
00:00 Sportinq - Arsenal
00:00 Yanq Boyz – Atalanta

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:38

Al-Nasr Joao Felix'i Barcelona'dan koruyacaq: 50 milyon avroya ulaşacaq

Futbol
Bu gün, 20:13

Zaur Həşimov: "Şəfa"nın "Araz-Naxçıvan"la heç-heçə etdiyi oyunda dörd xalın əlimizdən alındığını düşünürəm [video]

Futbol
Bu gün, 20:00

Kalyari 1-0 ilə Frozinone’yi məğlub edərək dörd ardıcıl məğlubiyyətdən çıxdı

Futbol
Bu gün, 19:56

Əvəzedicilər Liqası: "Şamaxı-2" səfərdə "İmişli-2"ni 4:2 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 19:47

Yuri Maksimov: Araz-Naxçıvanın sonuncu yerdə olmasına baxmayaraq, hər oyuna qələbə üçün çıxacağını bildirir ki, zədələr heyət inikasını mənfi təsir edir

Futbol
Bu gün, 19:41

Şəfa klubunun prezidenti Zəfər Günü münasibətilə Vətən müharibəsi iştirakçılarına hədiyyə təqdim etdi

Futbol
Bu gün, 19:29

Moürinyeu Viníusun meydan vaxtını azaldı: Hər matçda 12 dəqiqədən çox oynamaqdan imtina edir

Futbol
Bu gün, 19:26

Vanspor, Sivassporu 3:1 qələbə ilə məğlub etdi

Futbol
Bu gün, 19:25

Montader Məcidin ölüm təhdidina cavab: İraqın "Hammarby" oyunçusu milli komandanı rədd etdiyinə görə hədələnib

Futbol
Bu gün, 19:15

Zaur Həşimov: "Şəfa" haqqında qərar verən mübahisəli epizodlar səbəbindən iki oyunda 4 xal itirdik

Futbol
Bu gün, 19:13

Rasinq Santander İlk Səfər Qələbəsini Qazanıb

Futbol
Bu gün, 19:09

Manuel Noyer Bayern tarixində ən yaşlı futbolçu oldu

Futbol
Bu gün, 19:01

Maksimov: Zədələr və sadə qollar səbəbindən qələbə almırıq

Cüdo
Bu gün, 18:57

Bakıda cüdo üzrə böyüklər arasında şəhər çempionatı noyabrın 14-15-də keçiriləcək

Futbol
Bu gün, 18:45

Mourino "Real Madrid"də PSJ-nin fiziki yüklənməni idarə etmə strategiyasını tətbiq etdi

Futbol
Bu gün, 18:34

Futbol tarixində ən yadda qalan oyunçu-məşqçilər: Dalqliş, Gullit, Vialli və başqaları

Futbol
Bu gün, 18:31

Tottenham 1-0 Leeds məğlubiyyəti: Noa Okaforun qolu

Güləş
Bu gün, 18:27

Azərbaycan idmançıları Daqarda Olimpiya oyunlarında uğurlu başlanğıc edib

Basketbol
Bu gün, 18:26

“Neftçi” basketbol komandası baş məşqçisinin “İlk 20 dəqiqə kiçik fəlakət idi” açıqlaması

Qarabağ FK
Bu gün, 18:21

Premyer Liqasında Şəfa və Araz-Naxçıvan 2:2 Bərabərlikdə Bitdi

Qarabağ FK
Bu gün, 18:12

"Turan Tovuz"un futbolçusu Xorxe Silvanın "Qarabağ"a qələbədən sonra Benito sportify.az-a müsahibəsi

Futbol
Bu gün, 17:58

Azərbaycan U-19 milli komandası Avropa çempionatı üçün heyəti açıqladı

Digər
Bu gün, 17:57

Sərhədçi 1:0 məğlubiyyə ilə Peşəkar Çövkən Liqasının çempionu oldu

Basketbol
Bu gün, 17:54

NTD baş məşqçisinin məğlubiyyət izahı: Təcrübəsizlik və top itkiləri

Oxşar xəbərlər