Mövsümün əvvəlində Albaniya təmsilçisi "Bilis"lə anlaşan, ancaq Avropada karyerası istədiyi kimi alınmayan Amil Yunanovun Vətənə qayıtdığını xəbər vermişdik. Sport24.az-ın əldə etdiyi məlumata görə, 31 yaşlı forvard yenidən "Bilis"in düşərgəsinə qayıtmağa məcbur olub.
Mənbəmizin sözlərinə əsasən, Albaniya klubu komandanı özbaşına tərk edən futbolçunu geri dönməyə məcbur edib. Əks halda ondan UEFA-ya şikayət olunacağı deyilib.
Qeyd edək ki, Amilin "Bilis"lə anlaşmasının müddəti 2024-ci ilin iyununadək nəzərdə tutulub.