İspaniyanın "Barselona" klubunun polşalı qapıçı Voyçex Şesni məşq prosesinə öz oğlunu da gətirib.
İdman.Biz xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılıb.
Qeyd olunur ki, səkkiz yaşlı Liam Şesni komandanın məşqinə qatılaraq qapıya bir neçə zərbə endirib. Balaca Şesninin bacarığını klubun baş məşqçisi Hans Flik də izləyib.