Türkiyə Super Liqasında mübarizə aaparan "Gənclərbirliyi"nin yeni baş məşqçisi müəyyənləşib. Sport24.az xəbər verir ki, Ankara təmsilçisini Volkan Demirel çalışdıracaq.
Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
44 yaşlı mütəxəssislə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Gənclərbirliyi" Hüseyin Eroğlu ilə yollarını ayırıb. Volkan Demirelin son iş yeri isə "Bodrum" olub.