"Bavariya"nın İdarə Heyətinin sədri Karl-Haynts Rummenigge belçikalı Vinsent Kompaninin baş məşqçi təyin olunacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Sport24.az Almaniya mətbuatına istinadən xəbər verir ki, o, Kompani ilə danışıqların artıq son mərhələdə olduğunu etiraf edib:
"Direktorumuz yeni baş məşqçi kimi Vinsent Kompanini seçmək qərarına gəlib. Biz yekun təfərrüatları tamamlamağa hazırıq. Sonra isə razılaşma rəsmi şəkildə elan olunacaq".
Qeyd edək ki, "Bavariya"nın son baş məşqçisi Tomas Tuhel olub. Onun komandası bu mövsüm Bundesliqanı 2-ci pillədə başa vurub.