İspaniya La Liqasının 22-ci turu çərçivəsində "Real Madrid" bu gün "Rayo Vallekano"nu qəbul edəcək.
İdman.Biz xəbər verir ki, "Real"ın hücumçusu Vinisius Juniyor bu oyunda sarı vərəqə alacağı təqdirdə komandasının "Valensiya" ilə keçiriləcək qarşılaşmasını buraxmalı olacaq.
Bu səbəbdən Vinisiusun intizam baxımından risk zonasında olduğu qeyd olunur.