Норveçin "Vikinq" komandasını UEFA Çempionlar Liqasının IV turunda "Sabah"a qarşı maraqlı və gərgin oyun gözləyir.
"Report" xəbər verir ki, bunu "Vikinq" klubunun baş məşqçisi Byarte Lunde Aarsheym sözügedən matçdan öncə təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis öz meydanlarında oynamağın üstünlüklərindən faydalanmaq istədiklərini bildirib:
"Öz meydanımızda oynayacağıq. Bizi "Sabah"a qarşı maraqlı və gərgin oyun gözləyir. Stadionumuzda azarkeşlərimizin yaratdıqları atmosferə arxalanacağıq. Komanda gücünü onların dəstəyindən alır. Kollektivdə ab-hava yüksək səviyyədədir. Zədəli oyunçularımız sıraya dönməkdədirlər. İnanırıq ki, "Sabah"la görüşdə 3 xal bizim olacaq".
O, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas barədə müəyyən məlumatlara malik olduğunu sözlərinə əlavə edib: