UEFA Çempionlar Liqasında Norveçdə yerli “Vikinq” və “Sabah” komandaları arasında keçiriləcək oyunu idarə edəcək hakimlər müəyyənləşib.
“Report”un məlumatına görə, Liqa mərhələsinin IV turunun matçı Niderlanddan olan hakimlər briqadasına tapşırılıb.
Qarşılaşmanın baş hakimi FIFA referisi Sander van der Eyk olacaq. Ona həmyerliləri Rens Bluemink və Stefan de Qrot kömək göstərəcək. Dördüncü hakim funksiyasını Coui Koy yerinə yetirəcək.
Xatırladaq ki, “Vikinq” - “Sabah” oyunu noyabrın 4-dən 5-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.