UEFA Çempionlar Liqasının “Vikinq”-“Sabah” matçını idarə edəcək niderlandlı hakim Sander van der Eyk daha əvvəl Azərbaycan millisinin oyunda söz sahibi olub.
“Report”-un məlumatına görə, 35 yaşlı FIFA referisi milli komandanın 2026-cı il Dünya Kubokunun seçmə mərhələsində səfərdə İslandiyaya uduzduğu matça təyinat alıb.
Ədalət təmsilçisi 2025-ci ilin sentyabrında baş verən görüşdə hazırda “Sabah”da çıxış edən Rəhman Daşdəmirovu və Abbas Hüseynovu sarı vərəqə ilə cəzalandırıb. Reykjavikdəki “Lauqardalsvöllur” stadionunda baş tutan qarşılaşma rəqibin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Niderlandlı hakimin karyerası ərzində UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının təsnifat mərhələsinin qarşılaşmalarında ədaləti qoruyub.
Qeyd edək ki, “Vikinq”-“Sabah” matçı noyabrın 4-dən 5-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.