top
Vernidub: Təklif olarsa, danışa bilərəm Sport24.az
23 may 2026, 18:08
- ↺ +

Vernidub: "Təklif olarsa, danışa bilərəm"

Misli Premyer Liqasının XXXIII turunun "Kəpəz" – "Neftçi" oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları söylədi:

 

– Mövsüm başa çatdı. Heyətdə dəyişiklik çox olacaq?


– Hədəfimizə nail olduq. Olduğumuz mövqe bizə Konfrans Liqasında oynamaq hüququ verir. Müqaviləsi bitən futbolçular var. Həqiqətən, heyətin gücləndirilməsinə ehtiyac var. Bir az vaxtımız olacaq, konkret bu işlərlə məşğul olacağıq. Klubun rəhbərləri var, onlar mənə suallar verəcək, mən də cavablandıracağam. Əminəm ki, növbəti mövsüm üçün güclü və geniş heyətimiz olacaq. Hazırda nəsə danışmaq düzgün olmaz. Məsələyə sabahdan baxacağıq. Kimlərin qalıb, kimlərin gedəcəyinə qərar verəcəyik.

 

– Emil Balayev uzun müddətdən sonra milliyə çağırıldı. Yeni mövsüm komandanın əsas qapıçısı o olacaq?


– Emili təbrik edirəm, son beş matçda əla performans göstərib. Milliyə çağırılmaqla mükafatını aldı. İşləməyə davam edirik, o, bizim liderimizdir. Hazırda kimin "bir nömrə" olacağını demək doğru olmaz. Toplanışda bunlara aydınlıq gələcək. Əlimdə üç qapıçı var və bu, çox yaxşıdır.

 

– Yerli "bazar"dan hansısa legionerin "Neftçi"yə keçmək ehtimalı var?


– Azərbaycanda yaxşı yerli və əcnəbi futbolçular var. Seçim etsəm, azərbaycanlıdan yana edərəm. İstərdim ki, onlar oynasın, milli komandalara çağırılsın və oyunları ilə töhfələr versin. Suala gəlincə, bəli, izlədiyimiz əcnəbi var. Amma eyni mövqeyə həm yerli, həm əcnəbi namizəd varsa, legioner oyunçu gərək bir baş daha üstün olsun ki, seçək.

 

– Avrokuboklarda ilk oyuna hazırlıq üçün vaxt azdır. Bu, problem ola bilər?


– Bu, tək bizə aid deyil. Ona görə əlimizdən gələni edəcəyik ki, problem olmasın.

 

– Köklü dəyişikliklər edə biləcəyiniz?


– Nəsə demək çətindir. Nələr olacağını bilmirəm, hər varianta hazıram.

 

– Məcbur deyilsiniz, amma "Neftçi" ilə yanaşı, milli komandamızı da düşünürsünüz. Yerli oyunçuları fikirləşən azsaylı əcnəbilərdənsiniz. Həm azarkeşlərə, həm mediaya göstərdiyiniz münasibətə görə sizə rəğbət var. Belə çağırış var ki, klubda uzunmüddətli layihənin parçası olasınız. Buna hazırsınızmı?


– Daha bir ilim var, əlimdən gələni edəcəyim ki, yaxşı olaq. Məşqçi işi çətindir, bu gün at üstündə ola bilərsən, amma sabah düşmək ehtimalın da var. Rəhbərlikdən hansısa təklif olarsa, danışaram. Azərbaycanı, xalqını sevirəm. Burda olmaqdan məmnunam.

 

– Ukraynada bir klubda uzun müddət çalışmısınız, amma ölkə xaricində uğurlu olsanız da, bir komandada çox qalmamısınız. Bu, təsadüfdür?


– Ukraynada "Metallurq"da uzun müddət işləmişəm. O klubda akademiyadan başlamışam və bütün yaş qruplarını kemişəm. Daha sonra bir az Belarusda və Moldovada çalışmışam. Yenidən qayıdıb "Krivbass"da işlədim, liqada bürünc medal qazandım. Ukraynada da maraqlı layihələr olub. İndi burdayam, işimdəyəm. Təklif olarsa, danışa bilərəm. "Neftçi" kimi böyük klubdayam. Şərtlər də əladır, qalır işləmək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:40

Tibo Kurtua "Real"ın tarixində ən çox matça çıxan 3-cü qapıçı olub

Minifutbol
Bu gün, 14:30

Araz-Naxçıvan: UEFA Çempionlar Liqasında uğursuzluq, Sadıqov rəqiblərin gücü haqqında

Futbol
Bu gün, 14:29

Real Madrid Tibo Kurtuanın gələcək əvəzləyicisi olaraq Brentfordun qapıçısı Bart Verbrüqgeni nəzərdən keçirir

Futbol
Bu gün, 14:20

Emre Belözoğlu Dinamo Kiev'i çalışdıra bilər

Futbol
Bu gün, 14:19

Arsenal, 14 il sonra Enfielddə ilk qələbəni əldə etdi

Qarabağ FK
Bu gün, 14:00

Vaqif Sadıqov: Neftçi Liderliyini Qorumaq Əsasdır

Voleybol
Bu gün, 13:59

"Xilasedici" klubunun meneceri: "Biz Avropada Azərbaycan voleybolunu layiqincə təmsil edəcəyik"

Futbol
Bu gün, 13:44

U-15 Dünya Çempionatı Azərbaycanın Futbolunu Gücləndirəcək

Basketbol
Bu gün, 13:29

"Gəncə"nin türkiyəli baş məşqçisi Murad Dikmen mövsüm hədəflərini açıqladı

Futbol
Bu gün, 13:27

“Vikinq”-“Sabah” matçını idarə edən Sander van der Eyk Azərbaycan millisinin İslandiya ilə oyundakı performansı barədə

Digər
Bu gün, 13:22

Bakıda 300 karateçinin iştirakı ilə "Zəfər Kuboku" turniri başa çatdı

Formula 1
Bu gün, 13:14

Maks Ferstappen Kimi Antonellinin Formula 1-də istedadından fəxr edir

Futbol
Bu gün, 13:07

“Vikinq” – “Sabah” matçını niderlandlı hakim briqadası idarə edəcək

Futbol
Bu gün, 13:00

Lamin Yamal Avropa top liqalarında qol və asistlər baxımından liderdir.

Futbol
Bu gün, 13:00

Neftçi skautları Macarıstan və Portuqaliyada legioner axtarır

Qarabağ FK
Bu gün, 12:59

Mateuş Silva “Qarabağ”ın qol problemlərinə işıq tutdu və azarkeşlərə meydanda cavab verəcəyimizi bildirdi

Formula 1
Bu gün, 12:58

Alpin komandası sürücüsü Franko Kolapinto Meksika Qran-prisində 10 saniyəlik cəza aldı

Digər
Bu gün, 12:29

Azərbaycanlı atlet Vüsalə Bentley 5 saat 3 dəqiqə plankla dünya rekorduna iddia edir

Futbol
Bu gün, 12:00

Zirənin futbolçusu Eren Aydın: “Araz-Naxçıvanla oyunda əlavə vaxt olsaydı, qalib gələ bilərdik”

Futbol
Bu gün, 11:59

Qalatasarayın yarımmüdafiəçisi Aleksey Batrakovun sərbəstqalma məbləği 55 milyon avro və müqaviləsi 2031-ci ilədəkdir

Güləş
Bu gün, 11:44

Məşqçilər altı medalı itirdiklərini qəbul edərək, güləş milli komandası Astana’da problemləri açıqladı

Futbol
Bu gün, 11:40

Ronaldo Paxtakor qarşısında səfər oyununda iştirak etməyəcək

Futbol
Bu gün, 11:24

Kamal Umudlu UEFA Gənclər Liqasında Villarreal-PSJ oyununun referisi olacaq

Digər
Bu gün, 11:22

Noyabrın 14-də Binə Atçılıq Mərkəzində Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək

Oxşar xəbərlər