top
Vernidub Neftçinin hədəfləri, Şamaxı oyunu və heyət dəyişiklikləri haqqında danışıb Idman.biz
11 may 2026, 02:58
- ↺ +

Vernidub "Neftçi"nin hədəfləri, "Şamaxı" oyunu və heyət dəyişiklikləri haqqında danışıb

Futbol üzrə Misli Premyer Liqasında çıxış edən "Neftçi" futbol klubunun baş məşqçisi Yuri Vernidub 31-ci turun "Şamaxı" ilə oyunundan sonra fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, Ukraynalı mütəxəssis 3:0 hesablı qələbədən sonra keçirilən mətbuat konfransında komandanın oyun üslubu, qarşıdakı hədəflər və heyətdəki dəyişikliklərlə bağlı jurnalistlərin suallarını cavablandırıb.

Vernidub "Neftçi"nin ilk dəqiqələrdən aqressiv futbol göstərməli olduğunu bildirib. O, Valeri Lobanovskinin məşqçilik fəlsəfəsi ilə bağlı suala cavabında əfsanəvi mütəxəssisə böyük hörmət etdiyini, amma komandasının öz yolunu qurduğunu deyib:

"Valeri Lobanovski böyük və əfsanəvi məşqçidir. Deməzdim ki, onu çox yaxşı tanıyıram və sistemini tətbiq etməyə çalışıram. Biz "Neftçi" olaraq çalışırıq ki, klubun adına layiq oyun nümayiş etdirək. Bu, elə komandadır ki, ilk dəqiqələrdən aqressiv futbol göstərməlidir. Pressinq tətbiq etməlidir, ilk dəqiqələrdən sona qədər topa sahib olmağa çalışmalıdır".

Baş məşqçi "Şamaxı" ilə görüşdə erkən qolun oyunun gedişinə təsir etdiyini vurğulayıb. Onun sözlərinə görə, komanda birinci hissədə istifadə edə bilmədiyi imkanları fasilədən sonra qola çevirib.

Ukraynalı çalışdırıcı "Sabah"la qarşıdakı matçın vacibliyinə də toxunub. O, "Neftçi"nin turnir cədvəlində "Zirə" ilə mübarizə apardığını və komandanın səhv etmək haqqının olmadığını bildirib:

"Bizim çıxış yolumuz yoxdur. Turnir cədvəlində "Zirə" ilə aramızda üç xallıq fərq var. Amma bu, heç nə demək deyil. "Sabah"la görüşdə yalnız nəticəyə oynayacağıq. Onlar 13 maydakı kubok matçına hazırlaşırlar. Qalib gəlsələr, mövsümü iki titulla bitirəcəklər. Biz də əlimizdən gələni etməliyik ki, ən azından mövsümü dördüncü yerdə bitirək".

Qapıçı dəyişikliyinə gəlincə, Vernidub bunun "Qarabağ"a 1:5 hesablı məğlubiyyətdən sonra verilən qərar olduğunu deyib. O, həm Kənan Piriçi, həm də Emil Balayevi eyni səviyyəli qapıçılar kimi dəyərləndirib:

"Kənan Piriç yaxşı qapıçıdır. Eyni zamanda Balayev də. Sadəcə "Qarabağ"la böyükhesablı məğlubiyyətdən sonra Balayevə şans vermək qərarına gəldik. Həmin oyundan sonra dəyişikliklərə getməli idim. Onda da dörd futbolçunu dəyişdik. Bu da xeyrimizə işlədi. Gələcək üçün iki eyni səviyyədə qapıçımız olacaq".

Baş məşqçi Vensan Abubakar və digər futbolçulara şans verilməsi məsələsinə də münasibət bildirib. Vernidub əzmkar çalışan hər oyunçunun forma şansı qazanacağını qeyd edib:

"Hər bir oyunçuya şans veriləcək. Ağadadaş Salyanski haqda da suallar verilirdi. Görürsünüz ki, son iki matçda onun da şansı yaranır. Onun məşq prosesində göstərdiyi əzmkarlığı çox xoşlayıram. Ona görə də oyunda ona şans verdim. Kim əzmkar işləyəcək, şans veriləcək. Bu, bizim futbol həyatımızdır".

"Neftçi" bu qələbədən sonra mövsümü avrokubok zonasına yaxın mövqedə bitirmək uğrunda mübarizəni davam etdirir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 08:05

"İnter" Ikardi üçün transfer planında deyil - Marotta açıqlaması

Futbol
Bu gün, 08:00

İngiltərə klubu Said El-Malanı və qardaşı Malek El-Malanı transfer etmək istəyir

Futbol
Bu gün, 07:15

“Barselona” Arsenalın müdafiəçısı Piyero İnkapyeni transfer etmək istəyir - Deko hərəkətə keçdi

Futbol
Bu gün, 06:13

Arteta, formaların dartılması və tutulması ilə bağlı geniş videoarxiv topladığını açıqladı

Tennis
Bu gün, 05:03

Novak Cokoviç Paris Masters-də çətin qələbə qazanıb, çiynindəki problemə görə tibbi fasilə götürdü

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Oxşar xəbərlər