top
Vaqif Cavadovun Tvente təcrübəsi: Müsahibə Report.az
17 oktyabr 2025, 12:03
- +

Vaqif Cavadovun "Tvente" təcrübəsi: Müsahibə

"Sumqayıt"ın əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Vaqif Cavadov "Report"a müsahibə verib. O, PRO kateqoriyalı məşqçilik kursları çərçivəsində Niderlandın "Tvente" klubunda təcrübə keçməsindən danışıb. Mütəxəssis səfər zamanı həm əsas komandanın, həm də "Tvente" akademiyasının məşqlərini izlədiyini söyləyib.

- Niderlanda səfərinizin təfərruatlarından danışardınız. Təşəbbüs kim tərəfindən oldu?

- Mənim təşəbbüsüm idi. Qarşı tərəfə təşəkkür edirəm ki, bu istəyimi qəbul edib, mənə vaxt ayırdılar. Klubun baş məşqçisi və rəhbərliyi ilə görüşümüz baş tutdu. Onlardan müəyyən məlumatları öyrəndim, klubun bazasını gəzdim. Əvəzində onlar da məndən nə işlə məşğul olduğumu və harada çalışdığımı soruşdular. Orada olduğum müddətdə çox yaxşı məlumatlar topladım. Düşünürəm ki, gördüklərim və öyrəndiklərim məşqçilik karyeramda mənə çox faydalı olacaq.

- Sizi orada necə qarşıladılar?

- Çox yaxşı. Həqiqətən mənə münasibətləri çox xoşuma gəldi. Vaxtilə bu klubda çıxış etdiyimi unutmayıblar.

- Məşqçilik kursları çərçivəsində təcrübə toplamağa "Tvente"dən başlamağınız təsadüfi deyildi...

- Əlbəttə. Vaxtilə bu komandanın heyətində yer almışam. Mənə yaxın olan klubdur. Üstəlik, Niderlandda aşağı yaş qrupları üzrə komandalara önəm verdiklərini bilirəm. "Tvente"də tez-tez yaxşı futbolçular yetişir. Və burada yetişən oyunçular əsas komandaya üz tuturlar.

- "Tvente"nin bazasında olarkən nostalji hisslər yaşadınız?

- Çox xoş hisslər yaşadım. "Tvente" çox böyük klubdur. Vaxtilə belə bir komandada azərbaycanlı futbolçunun yer alması təqdirəlayiq bir hal idi. İndi də həmin klubun sabiq futbolçusunun ora qonaq kimi qayıtması maraqlı idi. Bu, mənim üçün çoş hisslər idi.

- Orada tanıdığınız şəxslərdən kimsə qalıb?

- Bəli, komandanın seleksiya işlərini yerinə yetirən, əvəzedicilərdən əsas komandaya futbolçuların göndərilməsində əsas rol oynayan mütəxəssislə qarşılaşdım. Onu görməyimə şad oldum. Futbolçu kimi "Tvente"də çıxış edərkən həmin şəxs orada çalışırdı. Bundan başqa, mənim dönəmimdə olan bəzi futbolçular var idi ki, artıq aşağı yaş qruplarında məşqçi kimi çalışırdılar.

- "Tvente" akademiyasında qazandığınız təcrübə ilə Azərbaycan futboluna nə kimi töhfələr verə biləcəksiniz?

- Əlimdən gələni edəcəyimə əmin ola bilərsiniz. Orada məşq prosesləri çox sürətli keçir. Onların futbola baxış tərzi çox maraqlıdır. Hansısa ən xırda detal futbolçunun inkişafına təkan verəcəksə, ona belə fikir verirlər. Texnologiya baxımından çox irəlidədirlər və hər bir şəraitləri var. Belə bir şəraitin bizdə də olması futbolumuza böyük fayda verərdi.

- "Tvente" klubunda sizi tanıyırlar. Gələcəkdə hansısa yeniyetmə oyunçunun sizin vasitənizlə bu klubun akademiyasında futbolun sirrlərinə yiyələnməsinə nail ola bilərsiniz?

- "Tvente" Futbol Akademiyası adətən başqa ölkələrdən futbolçu seçmir. Sırf Niderland vətəndaşlığı olan futbolçularla işləməyi üstün tuturlar. Vətəndaşlığı olan azərbaycanlı futbolçu olarsa, məmnuniyyətlə kömək göstərməyə çalışaram.

- Gələcəkdə təcrübə toplamaq baxımından hansı ölkələrə yollanmağı düşünürsünüz?

- Məşqçilik təcrübəmi daha da artırmağı düşünürəm. Daim oxuyub, irəli baxmalıyıq. Müasir futbol bunu tələb edir. Növbəti gedəcəyim yer Avropanın daha böyük klublarından biri olacaq. Lakin bu, hələ müəyyənləşməyib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
18 avqust 2026, 12:31

“Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan beynəlxalq düşərgə

Futbol
17 avqust 2026, 12:24

"Sumqayıt"ın ev məğlubiyyətləri 100-ə çatdı

Basketbol
17 avqust 2026, 11:20

Neftçi Azərbaycan millisinin gənc basketbolçusunu transfer edib

Futbol
17 avqust 2026, 10:20

Nyukasl „Vilyarreal“dan Jorj Mikautadzeni transfer etməyə çalışır

Futbol
17 avqust 2026, 09:25

Arsenalın baş məşqçisi Mikel Arteta Premyer Liqada çempion titulunu qorumaq haqqında danışdı

Futbol
17 avqust 2026, 09:20

Portuqaliya çempionatında oyun təxirə salınıb

Qarabağ FK
17 avqust 2026, 09:10

Rodriqo 2027-ci ilin əvvəlinə qədər “Real”da meydana çıxa bilməyəcək

Qarabağ FK
17 avqust 2026, 09:00

Qarabağ Şamaxı ilə qarşılaşır

Futbol
17 avqust 2026, 08:40

Arsenalın müdafiəçisi İngiltərə Super Kubokunda ən sərfəli qolun müəllifi olub

Futbol
17 avqust 2026, 08:20

Yuventus Tottenhemin qoluçusunu icarəyə götürür

Futbol
17 avqust 2026, 08:00

Şotlandiya milli komandasının yeni baş məşqçisi Sebastyen Pokonyoli oldu

Futbol
17 avqust 2026, 07:15

Sebastyan Pokonyoli Şotlandiya milli komandasının yeni baş məşqçisi təyin edilib

Futbol
17 avqust 2026, 06:14

Joze Mourinyo yoldaşlıq matçında zərbədən göyəribeb

Futbol
17 avqust 2026, 05:20

Ceymi Vardi Braziliyada karyerasını davam etdirə bilər

Futbol
17 avqust 2026, 04:18

Kriştianu Ronaldu və Corcina Rodrigesin toy mərasimi keçirib

Futbol
17 avqust 2026, 03:13

Mikel Arteta İngiltərə Superkubokunda “Arsenal”ı məğlubiyətə uğratdı

Futbol
17 avqust 2026, 02:05

Pari Sen-Jermen altıncı dəfə Fransa Superkubokunu uduzub

Futbol
17 avqust 2026, 01:47

Latsio İtaliya Kubokundan kənarlaşdı

Futbol
17 avqust 2026, 01:26

Rüfət Abdullazadənin komandası Toto Kubokunun yarımfinalında məğlub olub

Futbol
17 avqust 2026, 01:06

Rəşad Sadıqov “Şəfa” ilə matç haqqında danışdı

Futbol
17 avqust 2026, 00:48

Zirə Şəfanı 2:0 hesabı ilə məğlub etdi

Futbol
17 avqust 2026, 00:48

Zirə „Şəfa“ı məğlub etdi

Futbol
17 avqust 2026, 00:45

Lans Fransa Superkubokunu qazandı

Futbol
17 avqust 2026, 00:25

Türkiyə Superliqası: Nəriman Axundzadə debüt edib, “Beşiktaş” çətin qələbə qazanıb

Oxşar xəbərlər