"Liverpul"un kapitanı Vircil van Deyk komandanın yeni transferi Bredli Barkolanın potensialını yüksək qiymətləndirib və fransalı futbolçunun İngiltərə Premyer Liqasında uğur qazanacağına inandığını bildirib.
İdman.Biz xəbər verir ki, niderlandlı müdafiəçi "Man About Town" jurnalına müsahibəsində Barkolanın məşqlərdə göstərdiyi performansdan razı qaldığını söyləyib.
"O, bu gün çox yaxşı məşq keçirdi", - deyə Van Deyk bildirib.
Kapitan Barkolanın 123 milyon funt sterlinqə (təxminən 280 milyon manat) başa gələn transferinə də münasibət bildirib:
"O, çox yüksək transfer məbləği qarşılığında komandaya gəlib. Amma bu, onun nəzarətində olan məsələ deyil. Barkola artıq Fransada bacarığını nümayiş etdirib. O, yüksək səviyyəli futbolçudur və düşünürəm ki, burada da uğurlu çıxış edəcək".
Van Deyk yenilənmiş komandanın kapitanı kimi üzərinə düşən məsuliyyətdən də danışıb:
"Mən həmişə uğur qazanmaq istəyimi qoruyuram. Azarkeşlərimiz və özüm qarşısında məsuliyyətim var. Heç vaxt meydana yarımçıq motivasiya ilə çıxmayacağam".