"Valensiya" "Real"ın vingeri Vinisius Junior haqqında çəkilmiş filmdə klubu təhqir etdiyi üçün Netflix-i məhkəməyə verib. Sport24.az xəbər verir ki, bu barədə "As" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, striminq xidməti "Valensiya"nın "Dance, Viny" filmindəki subtitrləri dəyişdirmək tələbinə cavab verməyib. "Valensiya" və "Real" 2023-cü ildə "Mestalya" stadionunda keçirilən matçla bağlı səhnədə azarkeşlər braziliyalıya qarşı təhqiramiz şüarlar səsləndirirlər.
Netflix kadrlara subtitr qoyub və bildirib ki, "Valensiya" azarkeşləri "meymun" qışqırır, videoda isə "axmaq, axmaq" şüarları eşidilir.
"Valensiya" rəhbərliyi həmçinin qeyd edib ki, filmdə klubun həmin oyunun tamaşaçılarına qarşı intizam tədbiri gördüyü vurğulanmır.