top
Valdas Dambrauskas: Viktorinadan Sabaha - Qeyri-adi bir baş məşqçinin yolu Idman.biz
19 dekabr 2025, 16:10
- ↺ +

Valdas Dambrauskas: Viktorinadan "Sabah"a - Qeyri-adi bir baş məşqçinin yolu

"Sabah" komandasının 48 yaşlı baş məşqçisi Valdas Dambrauskas futbol dünyasında təkcə məşqçilik fəaliyyəti ilə deyil, həm də qeyri-adi həyat hekayəsi ilə tanınır.

İdman.Biz xəbər verir ki, o, viktorinalara xüsusi marağı ilə seçilir.

Məlumata görə, viktorinaya hazırlıq dövründə bir aya 19 kitab oxuyub. Daha diqqətçəkən məqam isə 2002-ci ildə, 25 yaşında olarkən Litvada "Kim milyonçu olmaq istəyir?" verilişinin yerli versiyasında iştirakı olub.

Həmin viktorina "Šeši nuliai – milijonas" adlanır. Dambrauskas oyunda 4 min Litva liti (təxminən 2230 AZN) qazanıb. O, ən çox gündəlik qəzetin hansı ölkədə çap olunduğu (doğru cavab: Yaponiya) sualına cavab verə bilməyərək oyunu dayandırıb.

Qazandığı pul Dambrauskasın həyatında dönüş nöqtəsinə çevrilib. 25 yaşlı Dambrauskas qazandığı pulla həyat yoldaşı ilə birlikdə İngiltərəyə yollanıb və "London Metropolitan" Universitetinə qəbul olunub. O, "İdman elmi və məşqçilik" ixtisası üzrə ali təhsil alıb, eyni zamanda İngiltərədə bir sıra gənclər akademiyalarında təcrübə keçib. Siyahıya "Fulhem", "Mançester Yunayted" və "Brentford" kimi klublar daxildir.

2007-ci ildə Valdas Dambrauskas İngiltərə futbolunun doqquzuncu səviyyəsində çıxış edən "Kingsbury London Tigers" klubunda menecer kimi çalışmağa başlayıb. Daha sonra Litvanın U-17 (2009–2010) və U-19 (2011–2012) milli komandalarında, ölkəsinin "Ekranas" (2011–2014) və "Jalgiris" (2015–2017) klublarında, Latviyanın "Riqa" (2017–2020) və Xorvatiyanın "Qoritsa" (2020–2021) komandalarında fəaliyyət göstərib. Sonradan bu yol onu "Sabah"a qədər gətirib çıxarıb.

Dambrauskas müsahibələrinin birində daim yüksək hədəflər altında işləməyə öyrəşdiyini bildirib:

"Komandalarımı adətən birinci yerdə və ya ona yaxın mövqedə görməyə öyrəşmişəm. Bundan başqa hər hansı hədəf mənim üçün qəbuledilməzdir. Böyük təzyiq altında yüksək hədəflər uğrunda mübarizə aparmaq mənim üçün bir imtiyazdır. Ən pisi heç nə uğrunda oynamaq, turnir cədvəlinin ortasında qalmaqdır. Sosial şəbəkələrlə maraqlanmıram. İşin yeganə ölçüsü nəticələrdir. Azarkeşlərin tənqidi isə məni daha çox işləməyə vadar edir ki, sonda onlar klubları və onun nailiyyətləri ilə fəxr etsinlər".

Beləliklə, viktorina səhnəsindən böyük futbola qədər uzanan bu yol Valdas Dambrauskası müasir futbolda fərqli və maraqlı fiqura çevirib. "Sabah" isə ondan həm nəticə, həm də iddialı oyun gözlənilir və o nəticə dünənki oyunda özünü göstərib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:14

Xabi Alonso “Tottenhem”də 0:2 məğlubiyyətdən sonra komandası performansını tənqid etdi

Qarabağ FK
Dünən, 23:49

“Sabah” “Qarabağ”la oyuna hazırlaşmaq üçün son məşqini tamamladı – FOTO

Futbol
Dünən, 23:36

Berdıyev: Neftçi ilə 1-1 bərabərlikdə qapı qıran qola bütün komanda cavabdehdir

Digər
Dünən, 23:21

Yuri Vernidub: “Məğlub olmadığımıza görə razı qala bilərik, amma iki xal itirdik”

Digər
Dünən, 22:58

Millimizin üzvü üçün 56 dəqiqə

Güləş
Dünən, 22:56

Azərbaycanın Qazaxıstandakı səfirliyi dünya çempionatının finalına yüksələn Eldəniz Əzizliyə və Sənan Süleymanova uğurlar arzuladı

Futbol
Dünən, 22:28

Kim Min Jae-nin Arsenal-a keçidi ehtimalı

Futbol
Dünən, 22:20

Şəfa baş məşqçisi Həşimov: 1:2 məğlubiyyət, oyun başlanğıcında pis, sonra toparlanıldı

Futbol
Dünən, 21:59

Şəfa – Kəpəz matçının video icmalı (1:2)

Qarabağ FK
Dünən, 21:50

Neftçi baş məşqçisinin matç sonrası açıqlamaları: Futbolçuların düşüncələrini başa düşə bilmirəm

Digər
Dünən, 21:39

Azərbaycan Atletika Federasiyası Lozanna’dakı Avropa Atletika Konvensiyasında iştirak etdi

Futbol
Dünən, 21:16

Kurban Berdıyev: "Turan Tovuz" "Neftçi" ilə heç-heçəni itirilən 2 xal kimi qiymətləndirir

Futbol
Dünən, 21:00

Azərbaycan U-15 millisə FIFA Dünya Çempionatı sahəsində 6-0 hesabı ilə Timor-Leste ilə qələbə qazandı

Futbol
Dünən, 20:55

İnter Hakan Çalhanoğlu ilə yeni müqavilə imzalamaq istəyir

Digər
Dünən, 20:52

Peşəkar Çövkən Liqasında çempionluq sona bir tur qaldı

Futbol
Dünən, 20:45

Canni İnfantino: U‑15 dünya çempionatı və festivalı istedadlı futbolçulara şans yaratmağın vacibliyini vurğuladı

Futbol
Dünən, 20:45

Unai Emery: Manchester City üzərində qələbə 'fantastik gün' yaratdı

Digər
Dünən, 20:25

Kür həndbol komandası Avropa Kubokunda Bosniya klubuna məğlub oldu

Digər
Dünən, 20:21

“Kür” komandasının məşqçi köməkçisinin açıqlamaları: gənc heyət, çətin hazırlıq və yeni federasiyanın yaradılmasını gözləyirik

Futbol
Dünən, 20:18

A seriyası: “Komo” Roma ilə xal bərabərliyi əldə etdi, “Bologna” Sardiniyada qalib gəldi

Futbol
Dünən, 20:12

Bakıda 15 yaşadək futbolçular arasında tarixi FIFA turniri başladı

Futbol
Dünən, 20:06

Samir Şərifov: FIFA-nın Azərbaycan U-15 Dünya Çempionatına etimadını yüksək qiymətləndiririk

Futbol
Dünən, 20:00

Enzo Alves 17 yaşında Real Madrid əsas heyətində yer alacaq

Futbol
Dünən, 19:55

Bakıda U-15 Çempionatı: 17 Qol 40 dəqiqədə

Oxşar xəbərlər