top
Valdas Dambrauskas: 3:0-dan sonra itirilmiş xallar kimi qiymətləndiririk Idman.biz
01 mart 2026, 22:32
- +

Valdas Dambrauskas: "3:0-dan sonra itirilmiş xallar kimi qiymətləndiririk"

Misli Premyer Liqasının 22-ci turunun son oyunun "Qarabağ" və "Sabah" arasında baş tutanqarşılaşmada qonaqlar üç top fərqi ilə öndə olsalar da, meydan sahibləri oyunun taleyini dəyişə biliblər - 3:3.

İdman.Biz xəbər verir ki. "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

"Matçdan əvvəl məşqçilər korpusu ilə söhbətdə deyirdik ki, qarşılaşma 3:3 hesabı ilə bitə bilər. Təəssüf ki, 3:0 önə keçsək də, bu üstünlüyü sona qədər qoruya bilmədik. "Qarabağ"ın təcrübəsi öz sözünü dedi. Son 20 dəqiqədə onların oyun bilgisi və soyuqqanlılığı həlledici oldu. 3:0 hesabı ilə irəlidəsənsə, istənilən halda nəticəni qorumağın yolunu tapmalısan, amma bacarmadıq. Ciddi dərsdir, mütləq nəticə çıxarmalıyıq. Bəzən daxili çempionat oyunları Çempionlar Liqası qarşılaşmalarından daha gərgin və maraqlı alınır. Bu matçda da hər şey vardı – dramatizm, intriqa, emosiyalar", - deyə Dambrauskas söyləyib.

- İki xal itirdiniz, yoxsa bir xal qazandınız?

- Oyundan əvvəl bu sualı versəydiniz, başqa cür cavablandırardım. Amma 3:0-dan sonra əlbəttə ki, itirilmiş xallar kimi qiymətləndiririk. Ona görə də "Qarabağ"ı geridönüşə görə təbrik etdim. Biz isə səhvlərimizi analiz etməliyik. Ümid edirəm ki, eyni yanlışları təkrarlamayacağıq.

- Köməkçilərinizdən birinin Müşfiq Hüseynova qarşı qeyri-etik davranışı barədə nə deyə bilərsiz?

- Bu məsələ ilə bağlı üzrümüzü bildirdik. Açığı, həmin epizodu görməmişdim, çünki diqqətim oyunda idi. Birdən gördüm ki, hər iki ehtiyat skamyası ayaqdadır və nəsə baş verib. "Sabah" olaraq bu cür halları qəbul etmirik. Hörmət bizim üçün əsas prinsipdir. Biz feyr-pley qaydalarına daim əməl edirik.

- Çempionluğa iddialı komanda 12 dəqiqədə üç qol buraxdı. Səbəb nə idi?

- Artıq qeyd etdim – konsentrasiya problemi, təcrübə çatışmazlığı və rəqibin təzyiqi.

- Xəyal Əliyevin fasilədə əvəzlənməsi nə ilə bağlı idi?

- Məcburi dəyişiklik idi. Sağlamlıq problemi vardı. Hətta dünən onun start heyətində oynayıb-oynamayacağı sual altındaydı.

- Son dəqiqələrdə hakim qərarlarına etiraz edirdiniz. İdarəçilik barədə fikriniz?

- İndi nə desəm, nəticəni dəyişməyəcək. Hakimlərin fəaliyyətinə cavabdeh qurum var və onlar məsələni qiymətləndirəcəklər. Hamımız insanıq və səhv edə bilərik. Ümid edirəm ki, heç bir qərar qəsdən verilməyib. Daha artıq şərh vermək istəmirəm. Matç başa çatıb. Mən öz komandamın oyununu təhlil etməliyəm. Futbolçuların səhvlərinə görə məsuliyyət daşıyıram, hakimlərlə bağlı məsuliyyət isə aidiyyəti qurumun üzərinə düşür.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
18 avqust 2026, 12:31

“Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan beynəlxalq düşərgə

Futbol
17 avqust 2026, 12:24

"Sumqayıt"ın ev məğlubiyyətləri 100-ə çatdı

Basketbol
17 avqust 2026, 11:20

Neftçi Azərbaycan millisinin gənc basketbolçusunu transfer edib

Futbol
17 avqust 2026, 10:20

Nyukasl „Vilyarreal“dan Jorj Mikautadzeni transfer etməyə çalışır

Futbol
17 avqust 2026, 09:25

Arsenalın baş məşqçisi Mikel Arteta Premyer Liqada çempion titulunu qorumaq haqqında danışdı

Futbol
17 avqust 2026, 09:20

Portuqaliya çempionatında oyun təxirə salınıb

Qarabağ FK
17 avqust 2026, 09:10

Rodriqo 2027-ci ilin əvvəlinə qədər “Real”da meydana çıxa bilməyəcək

Qarabağ FK
17 avqust 2026, 09:00

Qarabağ Şamaxı ilə qarşılaşır

Futbol
17 avqust 2026, 08:40

Arsenalın müdafiəçisi İngiltərə Super Kubokunda ən sərfəli qolun müəllifi olub

Futbol
17 avqust 2026, 08:20

Yuventus Tottenhemin qoluçusunu icarəyə götürür

Futbol
17 avqust 2026, 08:00

Şotlandiya milli komandasının yeni baş məşqçisi Sebastyen Pokonyoli oldu

Futbol
17 avqust 2026, 07:15

Sebastyan Pokonyoli Şotlandiya milli komandasının yeni baş məşqçisi təyin edilib

Futbol
17 avqust 2026, 06:14

Joze Mourinyo yoldaşlıq matçında zərbədən göyəribeb

Futbol
17 avqust 2026, 05:20

Ceymi Vardi Braziliyada karyerasını davam etdirə bilər

Futbol
17 avqust 2026, 04:18

Kriştianu Ronaldu və Corcina Rodrigesin toy mərasimi keçirib

Futbol
17 avqust 2026, 03:13

Mikel Arteta İngiltərə Superkubokunda “Arsenal”ı məğlubiyətə uğratdı

Futbol
17 avqust 2026, 02:05

Pari Sen-Jermen altıncı dəfə Fransa Superkubokunu uduzub

Futbol
17 avqust 2026, 01:47

Latsio İtaliya Kubokundan kənarlaşdı

Futbol
17 avqust 2026, 01:26

Rüfət Abdullazadənin komandası Toto Kubokunun yarımfinalında məğlub olub

Futbol
17 avqust 2026, 01:06

Rəşad Sadıqov “Şəfa” ilə matç haqqında danışdı

Futbol
17 avqust 2026, 00:48

Zirə Şəfanı 2:0 hesabı ilə məğlub etdi

Futbol
17 avqust 2026, 00:48

Zirə „Şəfa“ı məğlub etdi

Futbol
17 avqust 2026, 00:45

Lans Fransa Superkubokunu qazandı

Futbol
17 avqust 2026, 00:25

Türkiyə Superliqası: Nəriman Axundzadə debüt edib, “Beşiktaş” çətin qələbə qazanıb

Oxşar xəbərlər