Dayot Upamekano "Bavariya"da qalacaq.
İdman.Biz-in xəbərinə görə, insayder Fabrizio Romano müdafiəçinin müqavilənin uzadılmasına razılıq verdiyini və müqavilənin tezliklə imzalanacağını iddia edir. Müqavilə 2030-cu ilə qədərdir.
Bildirilir ki, fransızla maraqlanan klublar artıq onun hazırkı komandasında qalacağı barədə məlumatlandırılıblar.
Daha əvvəl 27 yaşlı futbolçunun ildə 20 milyon avro qazanacağı bildirilirdi.
Upamekano 2021/22 mövsümündən etibarən "Bavariya"da oynayır.